Azərbaycanın turizm potensialı Moskvada təbliğ olunur
Azərbaycanın turizm potensialı Moskvada açılan “Səyahət və turizm” 23-cü Moskva beynəlxalq sərgisində təbliğ olunur. Sərgidə 180 ölkə və regiondan 1500 şirkət iştirak edir.
Azərbaycanın turizm sənayesini əks etdirən 72 kvadratmetrlik stenddə “Şahdağ” Turizm Mərkəzi, “Azərbaycan Hava Yolları” QSC, “AİTF” turizm və səyahətlər sərgisi, “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının təşkilat komitəsi və 20-ə yaxın yerli turizm şirkəti, o cümlədən Azərbaycanın Rusiyada yeganə turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti xidmətlərini təqdim edir.
Azərbaycan guşəsinə gələn qonaqlara ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları, məlumat kitabçaları təqdim olunur. Stenddə Azərbaycanın məşhur turizm obyektləri, maraqlı səyahət marşrutları, otellər, nəqliyyat strukturu barədə məlumatlar yer alıb.
“Gilan turizm” şirkətinin nümayəndəsi Fərid Məcidov AZƏRTAC-a bildirib ki, turizm sahəsində tərəfdaşların müəyyən edilməsində bu cür sərgilərin böyük rolu var. Azərbaycan turizm sənayəsinin nümayəndələri mütəmadi olaraq dünyada keçirilən ən nüfuzlu sərgilərdə iştirak edir, ölkəmizin bu sahədə potensialını təqdim edir, xarici şirkətlərlə tərəfdaşlığı genişləndirməyə, təcrübə mübadiləsi aparmağa çalışır. Bu, həm də müxtəlif beynəlxalq səviyyəli tədbirlər ərəfəsində xüsusi əhəmiyyət daşıyır. Budəfəki sərgidə iştirakımızdan məqsəd “Formula-1” Avropa Qran-pri oyunları ərəfəsində əcnəbi turistlərin, tanınmış turizm operatorlarının diqqətini ölkəmizə cəlb etməkdir. “Gilan turizm” şirkəti sərgiyə gələnlərə yüksək komfortlu otellər, spa-komplekslər, müxtəlif tematik turlar təklif edir.
“Prometheus travel” şirkətinin nümayəndəsi Aleksandr Qodovnikov son illər Azərbaycana səfər etmək istəyən səyahətçilərin sayının artdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın gözəl təbiəti, müalicəvi məkanları, zəngin tarixi, mədəniyyəti və mətbəxi, mehriban insanları turistlərin diqqətini çəkir. O deyib: “Şərqlə Qərbi özündə birləşdirən ölkənizin paytaxtı Bakı şəhəri haqqında az qala əfsanələr gəzir. Bu şəhərə bir dəfə səyahət edən hər kəs yenidən ora qayıtmaq istəyir. Moskva sərgisində Azərbaycanın bir çox turizm şirkətləri ilə əməkdaşlığımızın təməlini qoyduq. Ümid edirəm ki, bu əməkdaşlıq uzunmüddətli olacaq”.
Qeyd edək ki, Ermənistan, həmişə olduğu kimi, bu dəfə də təhrikçilik siyasətindən əl çəkməmiş, pavilyonda Ermənistan stendi ilə yanaşı, Qarabağ stendini də quraşdırmışdı. Azərbaycanın Rusiyadakı səfirliyi sərginin təşklatçılarına etirazını bildirərək separatçı rejimin stendinin bağlanmasına nail olub.
1994-cü ildən keçirilən Moskva beynəlxalq “Səyahət və turizm” sərgisi Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukraynada turizm tədbirlərinin təşkili ilə məşğul olan “ITE” beynəlxalq şirkətlər qrupu tərəfindən təşkil edilib. Azərbaycan bu sərgidə 2002-ci ildən təmsil olunur.
Sərgi martın 26-dək davam edəcək.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!