10 İyul 2025 19:23
516
SİYASƏT
A- A+
Azərbaycanın siyasi partiyaları sədrlərinin Qarabağa növbəti səfəri Ağdam şəhərinə təşkil olunub  

Azərbaycanın siyasi partiyaları sədrlərinin Qarabağa növbəti səfəri Ağdam şəhərinə təşkil olunub  

Ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin və nümayəndələrinin növbəti səfəri iyulun 10-da Ağdam şəhərinə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri ölkəmizdə təşviq edilən siyasi dialoq mühitinin ayrılmaz hissəsidir. Demokratik ənənələrin dərinləşməsinə xidmət edən bu təcrübə Azərbaycan cəmiyyəti tərəfindən rəğbətlə qarşılanır və fəal şəkildə dəstəklənir. Dialoq mühiti siyasi müstəvidə tərəflər arasında etibarlı və güvənli münasibətlərin formalaşdırılmasına xidmət edir.

Son illər ərzində Ağdam, Şuşa (2 dəfə), Zəngilan (2 dəfə), Xocalı, Əsgəran, Xankəndi, Laçın və Cəbrayıla təşkil olunmuş bu cür səfərlər artıq müsbət demokratik ənənəyə çevrilmiş, onların reallaşdırılması isə cəmiyyətdə həmrəylik mühitinin qorunmasına, habelə xalqın intellektual potensialının səfərbər edilməsinə xidmət edir. Təsadüfi deyil ki, ölkənin siyasi ritorikasında ən çox rast gəlinən “siyasi dialoq” məfhumu, eyni zamanda, Azərbaycanın siyasi gündəliyinə də daxil olub. Ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə növbəti səkkizinci birgə səfəri də məhz ölkədə mövcud açıq iqtidar-müxalifət dialoqunun bilavasitə təzahürüdür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq edilən siyasi dialoq mühiti çərçivəsində Azərbaycanda son beş il ərzində siyasi partiyaların iştirakı ilə mütəmadi olaraq müxtəlif səpkili layihələr icra edilir. Bütün təşəbbüslərin strateji hədəfi milli həmrəyliyin qorunması, habelə dövlət və cəmiyyətin inkişafı naminə vətənpərvər qüvvələrin səfərbər olunmasıdır.

Siyasi proseslərdə açıq və etibarlı münasibətlərin yaşanması bilavasitə dövlətimizin başçısının məsələ ilə bağlı ali siyasi iradəsinin nümayişinin nəticəsidir. Prezident İlham Əliyev siyasətdə sağlam münasibətlərin bərqərar edilməsini və konstruktiv əməkdaşlığın vacibliyini çıxış və müsahibələrində hər zaman prinsipial olaraq vurğulayır.

İşgüzar və fəal fikir mübadiləsi şəraitində keçirilmiş səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ağdamda siyasilərin qarşısında çıxış edərək demokratik ənənələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində görülmüş işlər haqqında geniş məlumat verib.

Sağlam və etibarlı əməkdaşlıq mühitinin siyasi sabitliyin, dayanıqlı inkişafın əsas və prinsipial göstəricilərindən olduğunu vurğulayan Administrasiya rəsmisi bildirib ki, mövcud istiqamətdə əldə edilmiş bütün uğurların əsasında məhz Prezident İlham Əliyev tərəfindən nümayiş olunan siyasi iradə dayanıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin müasir Azərbaycan tarixinin ən qürurlu səhifəsi olduğunu bildirən Ədalət Vəliyev qeyd edib ki, bütün uğurların qorunmasında həmrəylik mühitinin müstəsna rolu var. Siyasi sabitlik, xalqın əzmkarlığı, cəmiyyətimizdə yaşanan milli həmrəylik mühiti və dönməz ali siyasi iradə Azərbaycanın inkişafının və beynəlxalq müstəvidə nüfuzunun artırılmasının əsaslarıdır.

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri və qəzet redaktorlarının iştirak etdiyi Ağdam səfərinin proqramı kifayət qədər zəngin idi. Belə ki, səfər çərçivəsində partiya sədrləri Ağdam Dəmiryol və Avtovağzal Kompleksinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra səfər iştirakçılarına Xıdırlı kəndində görülən inşaat işləri haqqında geniş məlumat verilib. Ağdam Muğam Mərkəzi, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi, Ağdam Konqres Mərkəzi və Ağdam City Hotel mehmanxanasında olmuş qonaqlar, eyni zamanda, İmarət Kompleksi və Cümə Məscidini də ziyarət ediblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqların qarşısında çıxış edərək bildirib ki, Ağdamda qısa müddət ərzində görülən işlərin timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətini nümayiş etdirir. Qeyd olunub ki, görülən işlərin sürəti və yüksək keyfiyyəti Qarabağın dünyanın ən füsunkar məkanlarından birinə çevriləcəyindən xəbər verir.

Eyni zamanda, Ağdam Sənaye Parkı haqqında da geniş məlumat verilib. Parkda ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.

“Böyük Qayıdış” Proqramı çərçivəsində görülən işlər haqqında səfər iştirakçılarına məlumatların verilməsi zamanı bildirilib ki, Ağdamın turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq. Ağdamda beynəlxalq tədbirlərin keçirilməsi faktı isə bütün Qarabağın dünyanın siyasi xəritəsində nüfuzlu məkanlarından birinə çevrilməsi deməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!