23 May 2023 09:25
2042
SİYASƏT
A- A+
Azərbaycanın mövqeyi dəyişməzdir

Azərbaycanın mövqeyi dəyişməzdir

 

İlham Əliyev 2023-cü ili sülh üçün son fürsət kimi dəyərləndirib

 

Son bir ay ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində müxtəlif səviyyələrdə görüşlər keçirilib. Mayın 1-dən 4-nə kimi Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş olub. 
ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə aparılan danışıqlarda nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə ediblər. 
Tərəflər arasında növbəti görüş mayın 14-də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə olub. Brüsseldə sayca 5-ci görüşdə sülh müqaviləsi yenidən müzakirə edilib. Bu görüş də əvvəlki görüşlərdəki kimi, Azəbaycanın diplomatik üstünlüyü ilə başa çatıb. İlham Əliyev hər zaman olduğu kimi,  mövqeyində dəyişikliyin olmadığını, sülh müqaviləsinin yalnız təklif etdiyi 5 məlum prinsip əsasında imzalana biləcəyini vurğulayıb. 
Son olaraq mayın 19-da Moskvada üç ölkənin XİN başçıları səviyyəsində növbəti görüş keçirilib. Lavrovun iştirakı ilə baş tutan görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması barədə müzakirələr aparılıb. XİN-in yaydığı məlumatda qeyd olunub ki, nazir Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli Bəyanatın icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi üzərində işi davam etdiriblər. Bundan əlavə, nazirlər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. XİN başçıları, həmçininin Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildirib, müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Ölkə rəhbərləri səviyyəsində növbəti görüşlərin isə mayın 25-də Moskvada, iyun ayında Kişinyovda, iyul ayında isə yenidən Brüsseldə olacağı gözlənilir. Yəni may ayının 25-də görüş baş tutarsa, bu, bir ayda 4-cü görüş olacaq. 
İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşlərə gəlincə isə bu, sayca 10-cu görüş olacaq. Bunadək tərəflər 5 dəfə Brüsseldə, 2 dəfə Soçidə, 1 dəfə Praqada, 1 dəfə Moskvada üçtərəfli görüşlər keçiriblər.
Bütün görüşlərdə Azərbaycanın mövqeyi dəyişməz olaraq qalıb. Yəni sülh müqaviləsi yalnız İlham Əliyevin təklif etdiyi 5 prinsip əsasında imzalanmalıdır. Əgər, Hayastan bundan imtina edərsə, sülh sazişi bağlanmayacaq. 
Elə mayın 14-də Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən sonuncu üçtərəfli görüşdə də Azərbaycan Prezidenti bir daha dəyişməz mövqeyini bəyan etdi. Görüşün yekunlarına dair  mətbuata açıqlama verən Aİ Şurası Prezidenti qeyd etdi ki, danışıqlarda sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə olunub, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində aydın irəliləyişə nail olublar. Xüsusən Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəlib.
Eyni zamanda 1991-ci ilin Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29800 kvadratkilometr, Azərbaycanın 86600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq ediblər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq. 
Gözlənildiyi kimi, Brüssel görüşü də Rəsmi Bakının İrəvan üzərindəki növbəti diplomatik zəfəri kimi yadda qaldı. Bu görüşdə İlham Əliyev Ermənistanı tarixi həqiqətlərin etirafına vadar etdi. Brüssel görüşünün ən önəmli məqamı Ermənistanın Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini tanıması, bununla bağlı rəsmi açıqlama ilə çıxış etməsidir. Bu da onu göstərir ki, Ermənistan otuz illik işğal siyasətinə, həmçinin postmüharibə dövründəki səylərinə baxmayaraq, Azərbaycandan bir qarış belə ərazi əldə edə bilməyəcəyini anlayır.
Bəs görəsən, ikinci Moskva görüşündə hansı irəliləyişlər ola bilər?! 
Bəllidir ki, Rusiya tərəflər arasında sülh müqaviləsi danışıqlarının başlanmasını yaradan vasitəçidir. Rusiya regionda sülhün tərəfdarıdır və yeni nəqliyyat-kommunikasiyaların açılmasında maraqlıdır. XİN başçılarının görüşündən sonra dövlət başçıları səviyyəsində keçiriləcək görüşdə müəyyən razılıqlar əldə olunarsa, növbəti görüşdə artıq sülh müqaviləsi üçün müəyyən addımların atıla bilməsi mümkündür. Çünki Azərbaycan daha 30 il İrəvanı gözləyə bilməz və təsadüfi deyil ki, İlham Əliyev 2023-cü ili sülh üçün son fürsət kimi dəyərləndirib. Hayastanın zamanı məhduddur. Yoxsa, sonrakı peşmançılıq fayda verməyəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!