07 May 2024 22:35
228
CƏMİYYƏT
A- A+

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib  

 

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində mayın 6-7-də Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ekspertləri tərəfindən Paris sazişinə uyğun olaraq Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsas komponenti olan İkiillik Şəffaflıq Hesabatının (BTR) hazırlanmasına dəstək məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev tədbirin açılış mərasimində çıxış edərək, tərəf dövlətlərin, o cümlədən Azərbaycanın İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməsinin COP29 sədrliyinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bununla əlaqədar o, ölkəmizin müvafiq dövlət qurumlarını qısa zamanda Azərbaycanın İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına töhfə verməyə çağırıb.

İkigünlük təlim zamanı UNFCCC katibliyinin nümayəndələri ETF-nin əsas elementləri, bu sahədə modallıqlar, prosedurlar və təlimatlar, eləcə də İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması prosesində yeni elektron proqram təminatından istifadə ilə bağlı iştirakçılara məlumat veriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video