11 İyul 2026 08:21
604
SİYASƏT
A- A+
Azərbaycanın hərb tarixinin qəhrəmanlıq nümunəsi

Azərbaycanın hərb tarixinin qəhrəmanlıq nümunəsi


2020-ci ilin iyulun 12-də baş vermiş Tovuz döyüşləri Azərbaycanın müasir hərb tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Dövlət sərhədində baş verən bu döyüşlər təkcə Ermənistanın növbəti təxribatının qarşısının alınması ilə nəticələnmədi, Azərbaycan Ordusunun gücünü, xalqın həmrəyliyini və dövlətin qətiyyətini dünyaya nümayiş etdirdi. Tovuz döyüşləri ilə başlayan şərəfli yol sentyabrın 27-də böyük zəfərin başlanğıcı oldu. 

Tovuz döyüşləri ilə bağlı əməkdaşımıza danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu NAĞIYEV döyüşlərdən 6 il ötdüyünü xatırladaraq, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına Vətən müharibəsindəki qələbəyə aparan yolun təməlinin məhz Tovuz döyüşlərində qoyulduğunu qeyd etdi: "Tovuz rayonu Azərbaycan-Ermənistan dövlət sərhədinin 69 kilometrini təşkil edir və olduqca strateji mövqedə yerləşir. Bu ərazidə Əlibəyli, Ağdam, eləcə də dağlıq ərazidə yerləşən digər kəndlər mövcuddur. 1990-cı illərdən etibarən bu bölgə Azərbaycan Ordusu, həmçinin burada yaşayan sakinlər tərəfindən yüksək səviyyədə qorunub. Bölgədəki yüksəkliklər o qədər əlverişlidir ki, buradan 25 kilometrlik ərazini müşahidə etmək mümkündür. Tovuz strateji əhəmiyyətə malik olduğuna görə Ermənistan bu ərazini ələ keçirməyə çalışmışdı. Bakı-Tbilisi-Qars dəmir yolu, enerji və digər mühüm kommunikasiya xətləri məhz bu ərazidən keçir. Ermənistan həmin obyektləri vurmağa risk etməsə də, onlara nəzarəti təmin etmək üçün strateji yüksəklikləri ələ keçirmək istəyirdi".

Deputat qeyd etdi ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələri Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində, Qaraqaya ərazisində təxribat törətdilər.  Ermənistan bu strateji əhəmiyyətli nöqtəni ələ keçirməklə, Tovuz rayonuna və digər mühüm məntəqələrə nəzarət etməyə çalışırdı. Lakin bütün bu cəhdlərin qarşısı qətiyyətlə alındı. "Tovuz döyüşləri zamanı heç kim öz doğma torpağını tərk etmədi. Sərhəd kəndləri olan Ağdam, Əlibəyli, Hacıalılı və digər yaşayış məntəqələrinin sakinlərindən bir nəfər belə evindən çıxmadı. Azərbaycanın hər yerindən insanlar həm yardım göstərmək, həm də döyüşlərdə iştirak etmək üçün Tovuza axışırdılar. Xüsusi xidmət və digər hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirdilər",- deyə o əlavə edib.

A.Nağıyev dedi ki, Ermənistan proseslərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da cəlb etmək istəyirdi. Onlar bilirdilər ki, Azərbaycan cavab atəşi açacaq. Ermənilərin məqsədi bundan istifadə edib təşkilatın müdaxiləsinə nail olmaq idi. Ermənistan bu oyuna Rusiyanı da daxil etməyə çalışsa da, bütün cəhdləri nəticəsiz qaldı.

Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı, xalqın isə birliyi bir daha nümayiş olundu. Döyüşlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməsi, Azərbaycan Ordusunun mövqelərini və dinc əhalini atəşə tutması ilə başladı. Döyüşlərə başlayandan əvvəl - son iki gündə Ermənistan atəşkəsi 105 dəfə pozmuşdu. Bu hadisələr Ermənistanın Azərbaycana qarşı əvvəlcədən planlaşdırdığı genişmiqyaslı təxribat idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistanın hücum cəhdinin qarşısı alındı.

Komitə sədri bildirdi ki, qüdrətli Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi nəticəsində Ermənistan silahlı qüvvələri aciz qalaraq geri çəkilməyə başlayıb: "Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı və biz tərəfdən heç bir ərazi itkisi olmadı. Bu döyüşlər İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin təməlini qoydu. Azərbaycan hərbçiləri döyüşlərdə  böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdilər. Təəssüf ki, şəhidlərimiz də oldu. Ordumuzun 12 hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər zabitlərimiz qəhrəmancasına şəhid oldular. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin artilleriya və minaatanlardan açdığı atəş nəticəsində Tovuz rayonunun Ermənistanla həm sərhəddə yerləşən, həm də sərhəddən aralı olan Dondar Quşçu, Ağdam, Əlibəyli və digər kəndlərində mülki obyektlərə və yaşayış evlərinə ciddi ziyan dəydi. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən həmin binalar və obyektlər sonradan bərpa olundu".

Deputat qeyd edib ki, əsas məqam odur ki, iyul döyüşlərindən təxminən iki ay sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq 44 günlük Vətən müharibəsində düşməni məğlub edib. Ermənistan ordusu haqqında yaradılmış miflər darmadağın edildi. Xankəndidə keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan bayrağı ucaldıldı. "Bununla dünyaya bir daha göstərildi ki, Azərbaycan həm döyüş meydanında qələbə qazanmağa, həm də azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işləri həyata keçirməyə qadirdir. Bu gün sərhəd xətti boyunca və digər həmsərhəd ərazilərdə müdafiə və quruculuq işləri davam etdirilir, sərhədlər möhkəmləndirilir. Düşünürəm ki, Ermənistanın kapitulyasiya aktına imza atmasının təməlində vaxtilə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun və digər hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi Tovuz döyüşləri dayanır", - deyə deputat əlavə etdi.

A.Nağıyev vurğulayıb ki, Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Polad Həşimova və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. İllər ötəcək, zaman keçəcək, Tovuz döyüşləri Azərbaycanın hərb tarixində qəhrəmanlıq nümunəsi kimi daim xatırlanacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!