08 Fevral 2025 08:35
352
SİYASƏT
A- A+
Azərbaycanın heç kimə ehtiyacı yoxdur

Azərbaycanın heç kimə ehtiyacı yoxdur


Bədnam fəaliyyətlə məşğul olan USAID kimi təşkilatlara ölkəmiz çoxdan qapını bağlayıb


Tramp hökuməti dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən və illik büdcəsi 50-60 milyard dollar olan şəbəkəyə çevrilən USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) layihələrini dayandırıb. Artıq bu bədnam təşkilatın "X" hesabı bağlanıb, saytı da açılmır. Donald Tramp administrasiyası onun yardım proqramlarını dondurub. 

Bir sözlə, onilliklərdir demokratiya adı altında qeyri-qanuni fəaliyyət göstərən, ənənəvi dəyərləri təhlükə qarşısında qoyan, demək olar ki, dünyanın əksər ölkələrində xaos, qarşıdurma, bir sözlə, dağıdıcı mühitlər üçün münbit zəmin yaradan cinayətkar təşkilatın sonu çatıb. 

Bəli, məhz cinayətkar təşkilat. Çünki elə bu günlərdə ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder, "Tesla", "SpaceX" və "X" sosial şəbəkəsinin sahibi İlon Mask da USAID-i cinayətkar təşkilat adlandırıb, yəni onu öz adı ilə çağırıb. İ.Mask özünün "X"dəki səhifəsində etdiyi paylaşımlarında USAID-i bioloji silah təhqiqatları aparmaqda ittiham edib, eyni zamanda bu təşkilatın ləğvi prosesində olduqlarını bildirib. 


İyrənc fəaliyyət 


Müxtəlif ölkələrdə fərqli adlar altında fəaliyyət göstərən USAID sadə amerikalıların pulları ilə, sözün əsl mənasında, biabırçı layihələr reallaşdırıb. 

Bu günlərdə Ağ Ev USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi layihələr haqqında məlumat yayıb. Bura daxildir:

- Əfqanıstanda irriqasiya kanallarının yaradılması və gübrənin alınması (bu sistem narkotik istehsalında daha çox istifadə olunub)

- "Əl-Qaida" təşkilatı üçün 10 min porsiya yemək alınması;

- Kolumbiyada transgender operası;

- Peruda transgender komiksləri;

- İrlandiyada LGBT myuzikl;

Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi (1,5 milyon dollar)

- Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığa 2 milyon dollar;

- İnkişaf edən ölkələrdə personallaşdırılmış kontraseptivlərin maliyyələşdirilməsi və sair.

Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır.


USAID ölkəmizdə çirkin məqsədlərinə çata bilmədi


O da faktdır ki, USAID-in qeyri-qanuni fəaliyyəti indi ABŞ-nin timsalında qlobal səviyyədə etiraf olunsa da, Azərbaycan bu gerçəklərə çoxdan  bələd olub və bunu hər zaman səsləndirib. USAID-in ölkəmizdə dağıdıcı fəaliyyətinin, "beşinci  kolon" yaratmaq, yad dəyərləri cəmiyyətimizə sırımaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Ötən ilin dekabrında "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrü olduğunu, lakin bunun qarşısının alındığını bəyan etmişdi.

Dövlətimizin başçısı vurğulamışdı ki, yardım asılılıq yaratmamalıdır: "Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil".

Prezident İlham Əliyev onu da vurğulamışdı ki, zənnimcə, Tramp onu qadağan edə bilər.

Ölkəmizin başçısının bu sözlərinin üzərindən çox keçməmiş Tramp administrasiyası USAID-in qadağan olunması barədə qərar qəbul etdi. Elə bu faktın özü də Prezident İlham Əliyevin haqlı və düzgün mövqeyini, uzaqgörən siyasətini bir daha təsdiq etdi. 


Bu quruma heç bir ehtiyac yoxdur


Xatırladaq ki, 2024-cü il iyulun 1-dən USAID de-yure Azərbaycanda fəaliyyət göstərmir. Bu ilin yanvarında sözügedən məsələ ilə bağlı jurnalistlərin sualını cavablandıran xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, USAID-in fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi: "Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diktə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAID-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib".

USAID hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Müxtəlif qrantlar ayırmaq və sair yollarla ölkəmizə sızaraq ələ aldığı media və QHT qurumları vasitəsilə Azərbaycanda qarışıqlıq salmaq, milli maraqlarımıza zərbə vurmaq kimi mənfur davranışlar göstərib, milli dəyərlərimizi hədəf alıb. Dünyada mənfi obraz kimi xatırlanan USAID-in rəhbəri Samanta Pauerin Ruben Vardanyandan 1 milyon ABŞ dolları məbləğində "mükafat" (əslində rüşvət) aldığı da məlumdur. O da məlumdur ki, USAID separatizmə hər zaman dəstək olub, eləcə də Ermənistanda revanşizmin qızışdırılmasında əli var. 


"Rus Evi"nin fəaliyyətinə də xitam verildi


Azərbaycan nə USAID-in, nə də bu kimi mənfur fəaliyyətlə məşğul olan hansısa digər xarici qrup və dairələrin ölkəyə nüfuz etməsinə, daxili işlərimizə burunlarını soxmasına heç zaman imkan vermir. 

Yeri gəlmişkən, fevralın 3-də ölkəmizdə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin fəaliyyətinə də xitam verilib və bu barədə Rusiya tərəfinə nota göndərilib. 

Xarici İşlər Nazirliyi tərəfindən Rusiya Federasiyasının "Rossotrudniçestvo" agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. 

XİN mətbuat katibi Ayxan Hacızadənin bununla bağlı şərhində bildirir ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verib. 3 fevral 2025-ci il tarixində "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

Göründüyü kimi, yardım və digər adlar altında ölkəmizdə qeyri-qanuni fəaliyyət göstərən bu kimi təşkilatların əsl simaları ifşa edilir və yumşaq ifadə etsək, onlara dərhal qapı göstərilir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

32 ildən sonra Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına məktəbdə Novruz sevinci yaşanıb  

11:55
19 Mart

Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNƏCƏK

11:43
19 Mart

Ağdərə rayonunun Sərsəng su anbarı-Umudlu kəndinə gedən avtomobil yolunda yenidənqurma işləri başa çatıb

11:37
19 Mart

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

11:32
19 Mart

S.Ə.Qafarovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

11:21
19 Mart

Ukraynalı ekspert: Tramp-Putin razılaşmasının detalları açıqlanmalıdır

10:58
19 Mart

Mart ayının bütün sosial ödənişləri yekunlaşıb

10:57
19 Mart

Məhkəmə-Hüquq Şurasının iclasında bir sıra qərarlar qəbul olunub

10:56
19 Mart

Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib

10:56
19 Mart

Əkrəm İmamoğlu saxlanılıb

10:55
19 Mart

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb

10:54
19 Mart

"Torpaq əlimdə, Bahar ürəyimdə"

09:45
19 Mart

Bahar həm də hünər fəslidir

09:40
19 Mart

Bayram kimi nəğmələr

09:35
19 Mart

Tramp: Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi

09:34
19 Mart

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

09:33
19 Mart

Bakıda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA

09:33
19 Mart

Sazlı, sözlü Novruz

09:30
19 Mart

Nügədi paxlavası, Buduq qovurması, Gültəpə halvası

09:25
19 Mart

Ağcabədidə yeni günün xoş ovqatı yaşandı

09:20
19 Mart

Samuxda bayram yarmarkası təşkil edilib

09:15
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!