21 İyun 2023 19:50
405
CƏMİYYƏT
A- A+
“Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans  

“Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans  

 

İyunun 21-də “Heydər Əliyev İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 22 illiyinə həsr olunmuş “Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans keçirilib. Konfransda ölkədə fəaliyyət göstərən dini qurumların, icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 22 il bundan əvvəl, 2001-ci ilin iyun ayının 21-də Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Sərəncam imzaladığını bildirib. DQİDK sədri vurğulayıb ki, Ümummilli Liderin əsasını qoyduğu dövlət-din siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Komitə sədri diqqətə çatdırıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, zəngin tolerantlıq ənənələrimizin ölkədə və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl fəaliyyəti dövlət komitəsinin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsinə əlverişli zəmin yaradır. Komitə sədri, həmçinin DQİDK-nın fəaliyyətinin genişləndirilməsi, işgüzar kollektivin formalaşması və ixtisaslı kadr potensialı ilə siyasətinin gücləndirilməsinin önəmi barədə danışıb. Qeyd edilib ki, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, multikultural və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və sair istiqamətlərdə fəaliyyət göstərən DQİDK-də texniki heyət də daxil olmaqla 179 ştat vahidi mövcuddur. Əsasən gənclərdən ibarət olan DQİDK kollektivinin bu günə qədər 43 əməkdaşı dövlət başçısı tərəfindən medallarla təltif ediliblər.

Dövlət komitəsinin sədri işğaldan azad edilmiş ərazilərdə məscid tikintiləri və abidələrin bərpası işinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətində olduğunu vurğulayıb. Mübariz Qurbanlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətindən bundan sonra da səylə çalışacaqlarını bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov DQİDK-nın həm 22 ildə keçdiyi yola, həm də bu günün reallıqları çərçivəsində üzərinə düşən vəzifələrə diqqət çəkib. Qurumun insan resursları sahəsində statistik məlumatlarını bölüşən sədr müavini komitənin iş yükü və səlahiyyətlərinin artırılması səbəbi ilə əməkdaş sayının artırılmasının zamanın tələbi olduğunu deyib. G.İsmayılov çıxışında dini qurumlarla işin qurulması, onların dövlət qeydiyyatına alınması, dinşünaslıq ekspertizasının aparılması, dini maarifləndirmə fəaliyyətinin təşkili, beynəlxalq münasibətlərin, eləcə də ictimaiyyətlə əlaqələrin inkişafı və digər sahələrlə yanaşı, DQİDK-nin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun bu illər ərzində gördüyü işlərdən danışıb. Bildirib ki, müxtəlif qurumlarla cari il ərzində 172 maarifləndirmə tədbiri keçirilib ki, bunlardan 55-i hüquq-mühafizə orqanları ilə birgə təşkil edilmiş tədbirləri əhatə edib. G.İsmayılov, həmçinin İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması ilə bağlı müsahibənin statistikasını açıqlayıb. Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib. Müvəffəqiyyət qazananların 112-si müvafiq vəzifələrə təyinat alıb. Təşkil edilən ikinci müsahibə zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri rəsmi din xadimi kimi fəaliyyətə başlayıb. Ötən müddət ərzində 118 din xadimi işindən uzaqlaşdırılıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı dövlət komitəsinin öhdəsinə düşən vəzifələri ötən 22 il ərzində yüksək səviyyədə həyata keçirdiyini bildirib. Dövlət Komitəsi və QMİ arasındakı uğurlu əməkdaşlıq əlaqələrinə diqqət çəkən Q.Cavadlı din xadimləri ilə dövlət arasında əlaqələndirici rol oynaması, habelə tolerant və multikultural dəyərlərin ölkə hüdudlarından kənarda təbliği baxımından Komitənin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.

Rəhbərlik etdiyi qurumla Dövlət Komitəsinin birgə əməkdaşlığına toxunan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov həyata keçirilən layihələrin önəmini qeyd edib. Tolerant, multikultural dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bundan sonra da qarşılıqlı əlaqələrin uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev DQİDK kollektivinin ideoloji sahədə yüksək peşəkarlıqla çalışaraq ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərinin daha da inkişafında səy və bacarıqlarını əsirgəmədiklərini bildirib. Həmçinin DQİDK və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təmsil etdiyi quruma göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov DQİDK-nın fəaliyyətindən bəhs edərkən dövlət başçısının bu sahəyə xüsusi diqqətinin təzahürü olaraq dövlət komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının önəmini qeyd edib. Aİİ ilə Komitə arasındakı sıx kommunikativ fəaliyyətə də toxunan rektor bildirib ki, dini təhsil sahəsindəki boşluqların aradan qaldırılması, İnstitutun işinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin qurulması və inkişafı istiqamətlərində DQİDK-nin kollektivi dəstəyini əsirgəmir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov ölkə rəhbərliyinin din sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanıldığını nəzərə çatdıraraq bu sahənin inkişafına DQİDK-nın layiqli töhfələr verdiyini deyib.

Alban-udi xristian dini icmasının sədri Robert Mobili və Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli Dövlət Komitəsinin dini qurumların işinin dəstəklənməsi istiqamətindəki uğurlu fəaliyyətinə diqqət çəkərək, dini icmaları narahat edən məsələlərin dərindən öyrənilməsi, dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 22-ci ildönümünü ilə bağlı dövlət komitəsində qulluq keçən və xidmətdə fərqlənənlər fəxri fərmanla təltif olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!