22 May 2023 13:05
22922
Səfərlər, Birinci vitse-prezident
A- A+

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olub

 

Mayın 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Litva Respublikasının birinci xanımı Diana Nausediene Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, birinci xanım Mehriban Əliyevaya kitabxananın fəaliyyəti barədə məlumat verildi.

Bildirildi ki, əsası 1919-cu ildə Mərkəzi Dövlət Kitabxanası kimi Kaunasda qoyulan bu elm mərkəzi Litvanın əsas elmi-kütləvi mədəniyyət müəssisəsidir. Sonradan adı bir neçə dəfə dəyişdirilən və 1963-cü ildə paytaxt Vilnüsə köçürülən kitabxana 1988-ci ildən Martyunas Mazvyudasın adını daşıyır. 1989-cu ildə ona Milli Kitabxana statusu verilib. Kitabxana 1993-cü ildən ölkənin mədəni irs reyestrinə daxil edilib. Bu, həmçinin Baltikyanı ölkələrdə inşa olunan ilk kitabxana binasıdır.

Kitabxananın əsas fəaliyyət istiqamətləri Litva xalqının yazılı mədəni irsinin toplanması, gələcək nəsillər üçün qorunub saxlanılması və ictimaiyyətə təqdim edilməsinə kömək göstərilməsidir. Kitabxananın fondunda 7 milyona yaxın (1,8 milyon adda) çap məhsulları və digər sənədlər saxlanılır.

Qeyd olundu ki, ixtisaslaşdırılmış yeddi oxu zalının, həmçinin üç tədqiqat mərkəzinin fəaliyyət göstərdiyi kitabxanada milli arxiv sənədləri, nadir kitablar və əlyazmalar, musiqi və vizual incəsənət kolleksiyaları, həmçinin şəxsi kolleksiyalar və sair mövcuddur.

Kitabxana müxtəlif milli və beynəlxalq kitabxana müəssisələri və təşkilatları ilə əməkdaşlıq edir.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra kitabxana tərəfindən göstərilən xidmətlər, həyata keçirilən layihələr və bu mədəniyyət müəssisəsinin xarici əlaqələri barədə videoçarx nümayiş olundu.

Sonda birinci xanım Mehriban Əliyevanın adından kitabxanaya Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, həmçinin Qarabağ və Şuşa haqqında kitablar hədiyyə edildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video