Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 28-də İran İslam Respublikası Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin tarixən dostluğa və qardaşlığa əsaslandığını bildirdi, bu əlaqələrin bir çox sahələri, o cümlədən siyasi və mədəniyyət sahələrini əhatə etdiyini vurğuladı. Mehriban Əliyeva Azərbaycanın və İranın dövlət başçıları arasında keçirilən görüşlərin ölkələrimizin əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini bildirdi. “Son illər Azərbaycan ilə İran həm ölkələrimiz, həm də region üçün vacib olan birgə layihələr həyata keçirirlər”, - deyən Birinci vitse-prezident nəqliyyat sahəsindəki əlaqələri xüsusi qeyd etdi və bu gün İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində iki ölkə arasında Rəşt-Astara dəmir yolu ilə bağlı imzalanacaq layihənin həm Azərbaycana, həm də İrana fayda verəcəyini bildirdi.
İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ölkəmizə səfərindən məmnunluğunu bildirdi, Azərbaycan ilə İran arasında münasibətlərin, bütün sahələrdə qurulan əlaqələrin güclənməkdə olduğunu dedi və bu əlaqələrin iki xalqın rifahına xidmət etdiyini vurğuladı. Qonaq iki ölkə arasında iqtisadi sahədə əlaqələrdən danışaraq xüsusilə nəqliyyat sahəsində böyük layihələrin həyata keçirildiyini qeyd etdi. Bildirdi ki, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi böyük önəm daşıyır. Qonaq ailə və qadın məsələləri sahəsində də əlaqələrin genişlənməkdə olduğunu diqqətə çatdırdı. Məsumə İbtikar Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ictimai və sosial sahədə həyata keçirdiyi layihələri qeyd edərək, bu layihələrin uğurla icra olunduğunu vurğuladı.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!