24 May 2023 09:00
1998
SİYASƏT
A- A+
Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı

 

Litva ilə münasibətlər qarşıdakı dövrdə genişlənərək yeni əməkdaşlıq sferalarını əhatə edəcək

 

"Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk". Bu fikir Prezident İlham Əliyevin bu ilin fevral ayında Litvanın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Gitanas Nausedaya göndərdiyi təbrik məktubunda yer alıb. Bu günlərdə İlham Əliyevin Litvaya etdiyi rəsmi səfər isə bir daha təsdiq etdi ki, hər iki ölkədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün güclü siyasi iradə var.

 

Tarixə söykənən əlaqələr

 

Litva Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlər sırasında yer alıb. Bu ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 20-də tanıdığını bəyan edib. Azərbaycanla Litva uzun müddət - təxminən 50 il sovet imperiyasının tərkibində olsalar da, iki dövlət və onların xalqları arasında münasibətlərin tarixi daha qədimdir. Prezident İlham Əliyevin səfəri zamanı keçirilən biznes forumunda Litva Prezidenti Gitanas Nauseda bu məsələyə toxunaraq Azərbaycan xalqının ulu əcdadlarının hələ XV əsrdə Litva elçilərini qəbul etdiklərini xatırlatdı.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra iki dövlət arasında diplomatik əlaqələr də formalaşıb. O zaman Azərbaycanda Litvanın konsulluğu fəaliyyət göstərib. Vincas Kreve-Mickevicisun bu ölkənin Azərbaycandakı konsulu olub. Bakıda Litva Konsulluğu 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaradılmasına qədər fəaliyyət göstərib.
Xalq Cümhuriyyəti dövründə Azərbaycan Ordusunun sıralarında xidmət etmiş general-leytenant Məhəmməd bəy Sulkeviç Litva tatarlarındandır. 
Litva tatarlarının başqa bir nümayəndəsi Aslan bəy Kriçinski isə Xalq Cümhuriyyəti dövründə dövlət dəftərxanasının rəhbəri işləyib. Onun qardaşı Olqerd Nayman isə Xalq Cümhuriyyətinin ədliyyə nazirinin müavini vəzifəsində çalışıb, Azərbaycan dövləti qarşısında mühüm xidmətləri olub.

 

İki ölkə arasında fəal siyasi dialoq var

 

Təbii ki, tarixi münasibətlər müstəqilliklərini bərpa etdikdən sonra iki dövlət arasındakı münasibətlərin inkişafında böyük rol oynayıb. Zəngin tarixi keçmişi, özünəməxsus dəyərləri olan, müasir dövlətçilik ənənələrinə görə Avropanın əksər dövlətlərini qabaqlayan Litva ilə Azərbaycan arasında hazırda sıx siyasi və iqtisadi münasibətlər mövcuddur. 
Təbii ki, bu münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayıb. Təkcə son bir il ərzində Azərbaycan və Litva prezidentləri arasında 3 dəfə görüş olub.  Belə ki, ötən ilin may ayında Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib. Mühüm müzakirələrlə yadda qalan səfər zamanı keçirilən görüşlərin nəticəsi kimi prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Həmçinin həmin səfər zamanı Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes-forumu keçirilib.
Bu il yanvarın 18-də isə hər iki dövlətin başçıları Dünya İqtisadi Forumu çərçivəsində Davosda görüşüblər. Məhz bu görüş zamanı Litva Prezidenti həmkarı İlham Əliyevi ölkəsinə səfərə dəvət etmişdi.
Bu günlərdə isə Prezident İlham Əliyev Litvaya rəsmi səfər edib. Beləliklə, bütün bunlar təsdiq edir ki, hər iki ölkənin prezidenti münasibətlərin daha da dərinləşməsi üçün böyük siyasi iradə ortaya qoyub. Bu rəsmi səfər zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev bu barədə deyib: "Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək".
Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Litvaya sayca dördüncü səfəri idi. Bundan əvvəl Prezident İlham Əliyev Litvaya bir dəfə rəsmi, iki dəfə işgüzar səfər edib. Litva prezidentləri də müxtəlif vaxtlarda Azərbaycana rəsmi və işgüzar səfərlər ediblər.

 

Litva Azərbaycanın Aİ və NATO ilə əməkdaşlığına dəstək verir

 

İndiyədək Azərbaycanla Litva arasında 40-dan artıq sənəd imzalanıb. 2007-ci ildə imzalanmış "Azərbaycan Respublikası Prezidenti və Litva Respublikası Prezidentinin Birgə Bəyannaməsi",  2007-ci ildə imzalanmış "Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsi"  kimi sənədlər dövlətlərarası münasibətlərin yüksək siyasi ruhunu göstərir. Xüsusən sonuncu sənəd həm də iki dövlət arasındakı münasibətlərin strateji məzmun kəsb etdiyini göstərir.
Mayın 22-də isə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair və gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında sazişlər və iki dövlətin baş prokurorluqları arasında 2024-2025-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb.
Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı iki dövlət arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulandı. Bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparıldı. 
Litva həm də Avropa İttifaqının və NATO-nun üzvü olan dövlətdir. Bu ölkə Azərbaycanla Aİ arasında əlaqələrin inkişafına böyük töhfələr verir. Belə ki, Azərbaycan Litvanın Aİ-nın Tvininq proqramı çərçivəsində tərəfdaşıdır. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır. Səfər zamanı keçirilən görüşlərdə Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyi yüksək qiymətləndirildi. 
Görünən odur ki, Azərbaycan-Litva münasibətləri qarşıdakı dövrdə daha da inkişaf edərək, yeni əməkdaşlıq sferalarını əhatə edəcək.
    
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!