10 May 2024 08:50
133
SİYASƏT
A- A+

Azərbaycanı zirvələrə ucaldan dahi şəxsiyyət

 

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçilik tarixində öz dəst-xətini qoymuş böyük dövlət adamıdır. Heydər Əliyevin ilk fəaliyyət dövrü Sovet İttifaqı dövrünə təsadüf edir. O, SSRİ kimi böyük bir imperiyanın rəhbərliyinə yüksəlmiş müsəlman dövlət xadimi idi.
Öz prinsipiallığı ilə seçilən rəhbər kimi Heydər Əliyev Azərbaycanı bütün dünyada tanıtdı, eyni zamanda millətimizin adını yüksəklərə ucaltdı. Heydər Əliyevin fəaliyyətinin sonrakı mərhələsi isə müstəqillik dövrünə təsadüf etdi. Naxçıvanın blokadada olduğu bir vəziyyətdə muxtar respublikada rəhbərliyə seçildi və xalqın ümidlərini doğrultdu, Naxçıvan camaatını çətin vəziyyətdən çıxara bildi. 
Ulu Öndərin sonrakı fəaliyyəti 1993-cü ildən Azərbaycan rəhbərliyində təmsil olunması ilə başladı. İlk növbədə Milli Məclisin Sədri, daha sonra Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, müstəqil dövlət quruculuğunda Heydər Əliyev əvəzsiz rol oynadı. Ərazilərimizin işğala məruz qaldığı həmin dövrdə ölkəni ayaqda tutmaq üçün ciddi addımlar atmaq lazım idi.  Elə həmin vaxtlar "Əsrin müqaviləsi" gündəmə gəldi. Ölkəmizi inkişafa aparan həmin müqavilənin imzalanması üçün isə ciddi əmək, böyük təşkilatçılıq qabiliyyəti və uzaqgörənlik tələb olunurdu. Heydər Əliyev bunun da öhdəsindən gəldi, çətin maraqların kəsişdiyi bir vaxtda "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. 
1994-cü ildən etibarən Heydər Əliyevin ciddi əməyi sayəsində ordumuz möhkəmlənməyə başladı. Dövlətimiz bununla zaman qazandı, qüvvələr səfərbər edildi, güclü ordu quruculuğuna nail olundu və nəticə etibarilə hələ 90-cı illərdən başlanan tərəqqi bizi 44 günlük Vətən müharibəsində şanlı Zəfərə qədər apardı. 
Heydər Əliyev irsini uğurla davam etdirən onun siyasi varisi İlham Əliyevin prezidentlik fəaliyyəti dövrü Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir.  Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək xalqımızın ən ümdə arzusunu reallaşdırdı, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. 
Ulu Öndərin layiqli davamçısı kimi İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndiririk. Müzəffər Ali Baş Komandanın dövlət idraəetməsi, etiket məsələləri, daxili və xarici siyasət strategiyaları Azərbaycanı daim zirvələrə ucaldıb. Fikrimcə, dövlətçiliyimizin qorunması naminə bundan sonra da atılacaq addımlarda uğurlara imza atmaq üçün Heydər Əliyev məktəbini öyrənmək, onun irsini davam etdirmək lazımdır. 

Elşad MUSAYEV,
Böyük Azərbaycan Partiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video