Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar № 6/20
Zəngin mədəniyyət, adət-ənənə və dövlətçilik təcrübəsinə malik olan Azərbaycan müxtəlif tarixi şəraitlərdə özünəməxsus inkişaf yolu keçərək milli və dövlətçilik maraqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, demokratik və tolerant cəmiyyət quruculuğunda ardıcıl və qətiyyətli olmuş, haqq-ədalətə, insan haqlarına, beynəlxalq norma və prinsirlərə hörmət kimi bəşəri dəyərlərə əsaslanan zəngin tarixi idarəçilik irsi yaratmışdır. Hakimiyyətin formalaşması və idarə olunmasında xalq iradəsinin müəyyənedici meyara çevrilməsi prosesində dünyanın bir çox inkişaf etmiş ölkələrindən heç də geri qalmayan ölkəmiz bu şərəfli yolu uğurla keçmişdir. Bu iradənin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətə malik olan seçkilər institutu və onun inkişaf ənənələri də ölkəmizin şərəfli tarixinə sanballı töhfə vermiş və verməkdədir.
Ölkəmizdə seçki mədəniyyətinin yüksəldilməsi, seçki hüququnun təbliği və aşılanması ilə əlaqədar görülmüş işlər dövlət müstəqilliyi bərpa olunduqdan sonra mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq elmi, hədəfli, intensiv və nəticəli olmuşdur. Həmin dövrdən başlayaraq irimiqyaslı maarifləndirmə tədbirləri ilə müşayiət olunan seçki və referendumların aşkar şəraitdə keçirilməsi, onlarla bağlı bütün məlumatların dərhal və müfəssəl ictimailəşdirilməsi, seçki (referendum) davranışlarının toplumsal vərdişlərə çevrilməsi sahəsində həyata keçirilən rəngarəng fəaliyyət seçki subyektlərinin, ümumilikdə isə cəmiyyətin maarifləndirilməsi baxımından faydalı olmuşdur. Qeyd edilən fəaliyyətin tərkib hissəsi kimi seçki və referendumla bağlı bütün məlumatları öz zəngin internet səhifəsində, “Xəbərlər” jurnalında və kütləvi informasiya vasitələrində vaxtında və keyfiyyətlə ictimailəşdirən Mərkəzi Seçki Komissiyası Azərbaycanın seçki tarixinin araşdırılmasını və müxtəlif dövrlərdə keçirilmiş seçki və referendumlara aid məlumatların geniş ictimaiyyətə çatdırılmasını seçki ənənələrinin öyrənilməsi və maarifləndirmə baxımından faydalı və məqsədəmüvafiq hesab edir. Ona görə də Azərbaycanda seçkilərin tarixini əks etdirəcək materialların toplanılması məqsədilə geniş araşdırma işləri aparılaraq aidiyyəti qurum və subyektlərlə səmərəli əməkdaşlıq şəraitində xeyli arxiv sənədləri və digər materiallar əldə edilmişdir. Xalqımızın zəngin seçki tarixini, seçki institutunun və qanunvericilik bazasının inkişaf ənənələrini özündə əks etdirəcək Azərbaycanda seçkilərin tarixinə həsr edilmiş toplunun hazırlanması və nəşri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Xəbərlər” jurnalının Redaksiya Şurasına və Redaksiya Heyətinə həvalə edilməlidir. İşlər yekunlaşdırıldıqdan sonra toplunun nəşri ilə əlaqədar zəruri xərclərin ödənilməsi Mərkəzi Seçki Komissiyasına tədbirlər və digər məqsədlər üçün ayrılmış vəsait hesabına həyata keçirilməli (qanunvericiliyə uyğun həll edilməklə) və müvafiq olaraq tiraj müəyyən olunmalı, kitabın elektron nüsxəsi isə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməlidir. Araşdırma materiallarının həcmi geniş olduğundan bəzi materialların (arxiv materialları, sənəd nümunələri, dövlət müstəqilliyi bərpa olunduqdan sonra keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş şəxslərin siyahıları və s.) kitaba və elektron nüsxəyə elektron variantda əlavə edilməsi məsələsinə redaksiya heyəti tərəfindən baxılmalıdır.
Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.10-cu və 19.14-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması və nəşri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Xəbərlər” jurnalının Redaksiya Şurasına və Redaksiya Heyətinə həvalə edilsin.
2. Materiallarla iş başa çatdıqdan sonra kitab nəfis tərtib edilərək müasir standart və tələblərə cavab verən səviyyədə nəşr edilsin.
3. Bəzi materialların (arxiv materialları, sənəd nümunələri, dövlət müstəqilliyi bərpa olunduqdan sonra keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş şəxslərin siyahıları və s.) kitaba elektron variantda əlavə edilməsi məsələsi həll edilərək nəşrin elektron nüsxəsi Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilsin.
4. Toplunun nəşri Mərkəzi Seçki Komissiyasına tədbirlər və digər məqsədlər üçün ayrılmış vəsait hesabına (qanunvericiliyə uyğun həll edilməklə) həyata keçirilsin və müvafiq olaraq tiraj müəyyən olunsun.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15.11.2017
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!