15 Dekabr 2023 09:50
678
SİYASƏT
A- A+
Azərbaycanda könüllülük hərəkatı daha da geniş vüsət alır

Azərbaycanda könüllülük hərəkatı daha da geniş vüsət alır

 

Ötən əsrin sonlarında  Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclənməsində, insanların rifahının getdikcə yaxşılaşmasında, dövlətimizin daha da qüdrətlənməsində könüllülərin də xidməti oldu. Bəs nədir könüllülük? Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial  fəaliyyətdir.
Hazırda ölkəmizdə geniş yayılmış və cəmiyyətdə böyük rəğbət qazanmış könüllülər hərəkatının bünövrəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyulub. Elə buna görə də könüllülük hərəkatının inkişafı və yüksəlişi Ümummilli Liderin adı ilə bağlıdır. Böyük şəxsiyyətin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq daim diqqət mərkəzində saxlanıldı. İnsanları bu prosesə  könüllü şəkildə cəlb etməyə, onların zəngin təcrübəsindən yararlanmağa mühüm önəm verildi. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkəmizdə güclü könüllülər komandası yaradıldı.
Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişafına 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında" qanun daha güclü təkan verdi. 10 maddədən ibarət bu əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı.
1 saylı "ASAN kommunal" mərkəzinin açılışında  Prezident  İlham  Əliyev könüllülərin "ASAN xidmət"dəki rolunu yüksək qiymətləndirərək demişdir: "Əlbəttə  ki, biz "ASAN xidmət"i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir... Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi "ASAN xidmət" mərkəzlərində  işləyib və  bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar". 
 Ölkəmizin evsahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunmuşdu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda təcrübəli könüllü bazası yaranıb formalaşdı. Qazanılmış bu uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çox böyük əməyi və rolu var.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 2020-ci ilin "Könüllülər ili" elan edilməsi gəncliyin potensialından respublikamızın dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından mühüm əhəmiyyət kəsb etdi. Həmin il bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycan könüllüləri hökumətə dəstək fəaliyyətində xüsusi olaraq seçildilər. 
Ölkəmizin "ASAN Könüllüləri" Təşkilatı, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST" Proqramı, "Aqrar İnkişaf Könüllüləri" İctimai Birliyi, "İslahat Könüllüləri" Təşkilatı, "Nəqliyyat Könüllüləri" Proqramı, Könüllülük Proqramı, "Miqrasiya Könüllüsü" İctimai Birliyi, "Könüllü gömrükçü" Dəstəsi, "Turizm Könüllüləri" Təşkilatı, "Eko könüllüləri" Qrupu, Könüllülər Proqramı Qrupu, "Gənc Könüllülər" Hərəkatı, "Azərbaycan Diaspor Könüllüləri" Proqramı və digər könüllü təşkilatlarında fəaliyyət göstərən yüz minlərlə könüllü Azərbaycan gəncliyinin parlaq gələcəyi, ölkəmizin inkişafı, xalqımızın rifahının yaxşılaşması istiqamətində öz əvəzolunmaz töhfələrini verməsi çox sevindiricidir.
Dekabrın 13-də Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan "Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu" keçirilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Əziz gənclər!Sizi - Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Forumun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş "Heydər Əliyev İli" çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Könüllülük hərəkatı məhz Ulu Öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirmiş və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə etmişdir. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirmiş, cəmiyyətin etimadını layiqincə doğrultmuşdur".
Könüllülərin il ərzində göstərdikləri nəcib fəaliyyətləri diqqət mərkəzində saxlamaq və onlara təşəkkür etmək məqsədilə təşkil edilən forum Karyera Sərgisi ilə başlayıb. Sərgi zamanı könüllülər 40-a yaxın müxtəlif yerli və xarici şirkətlərin iş imkanları barədə ətraflı məlumat əldə ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin gənclərə ünvanladığı dəyərli tövsiyələrin Azərbaycan gənclərinin və könüllülərinin inkişafında hər zaman müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. Forumda çıxış edənlər xüsusi olaraq bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər, könüllülər Vətən müharibəsi gedişində böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm Zəfərin qazanılmasına böyük töhfə veriblər.
Forumda ölkə ictimaiyyətinin diqqətinə çatdırılıb ki, həmişə olduğu kimi, 2023-cü ildə də Prezident İlham Əliyevin könüllülüyün təşviqi və təbliği ilə bağlı müvafiq tapşırıqları və çağırışları əsas götürülərək həyata keçirilən fəaliyyətlər ölkənin 65 şəhər və rayonunu, eyni zamanda Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyətini əhatə edib.
Forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən forumun gedişatında Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Forumda Ulu Öndər Heydər Əliyevə, o cümlədən könüllülərin müxtəlif dövrlərdə fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu ölkəmizdə könüllülük hərəkatına böyük təkan verəcək və bu hərəkat daha da geniş vüsət alacaq. Könüllülərin sırasına yüzlərlə, minlərlə gənc qatılacaq. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!