10 İyun 2025 17:38
480
İQTİSADİYYAT
A- A+
Azərbaycanda ilk dəfə tütün sahəsi üzrə sığorta ödənişi həyata keçirilib

Azərbaycanda ilk dəfə tütün sahəsi üzrə sığorta ödənişi həyata keçirilib

Aqrar Sığorta Fondu (ASF) ilk dəfə olaraq tütün sahələri üzrə sığorta ödənişləri həyata keçirib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tütün əkini sahələrində baş verən dolu vurması və sel-subasma hadisələri nəticəsində təsərrüfatlara dəyən zərər ümumilikdə 130 hektara yaxın sığortalı əkinləri əhatə edib. Fermerlərin Aqrar Sığorta Fonduna hadisə ilə bağlı müraciətlərindən sonra təsərrüfatlara müstəqil aqrar sığorta ekspertləri yönləndirilib. Ekspertlər, tütün sahələrinə baxış keçirib, baş vermiş hadisəni qeydə alıb və zərərləri hesablayıblar. Toplanmış məlumatlar əsasında fermerlərə müvafiq sığorta ödənişləri təyin edilib və vəsait onların hesablarına köçürülüb. Ümumilikdə tütün sahələrinə dəymiş zərərlər üzrə fermerlərə 147 min manata yaxın sığorta ödənişi edilib. Bu vəsaitdən 58 min manat Şəki rayonu, 27 min manat Balakən rayonu, 29 min manat Zaqatala rayonu və 33 min manatı Qax rayonundan olan fermerlərə ödənilib.

Qeyd edək ki, sərt iqlimi ilə seçilən Şəki-Zaqatala bölgəsində təbiət hadisələri tütün sahələrinə tez-tez zərər vurur. Sığorta ödənişinə həsr edilmiş tədbirdə fermerlər bildiriblər ki, indiyədək belə hallar nəticəsində tütün sahəsinə dəymiş zərərlər kompensasiya edilmirdi və nəticədə fermerlər böyük ziyanla üzləşirdi. Şəki rayonundan olan fermer Anar Hümbətov bir neçə il əvvəl tütün sahəsini dolu vurması nəticəsində böyük məbləğdə zərərə düşdüyünü xatırladıb. Bu dəfə isə cəmi 2200 manat ödəyərək, sığorta etdirdiyi tütün sahəsinə dəyən ziyan üzrə fermerə 25 min manat sığorta ödənişi olunub.

Zaqatalalı fermer Fazil Əhmədov isə bir neçə il əvvəl tütün sahəsinə dəymiş ziyana görə 10 min manat zərər etdiyini, buna görə vaxtilə banklara borclu qaldığını bildirib. Bu dəfə isə ona 5 hektar tütün sahəsinə dəymiş ziyan üzrə 12,6 min manat ödəniş edilib.

Sığorta ödənişi alan balakənli fermer Ramazan Xammədov bir neçə il əvvəl, Aqrar Sığorta Fondunun fəaliyyət göstərmədiyi dövrdə tütün sahəsinə dəymiş ziyana görə ümumilikdə 200 min manatdan artıq zərərə düşdüyünü xatırladıb. Bu dəfə isə onun əkin sahəsinə dəymiş ziyana görə 27 min manat ödəniş edilib.

Fermerlər aqrar sığorta mexanizmindən olduqca razı qaldıqlarını bildirib və digər həmkarlarını da öz əkin sahələrini sığortalamağa çağırıblar.

Xatırladaq ki, Aqrar Sığorta Fondu tütün sahələrini dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, eləcə də dolu nəticəsində keyfiyyət itkisi kimi hadisələrin vurduğu zərərlərdən qoruyur. Aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyinə görə fermerlər tütün sahələrini kiçik ödənişlə sığortalaya bilərlər. Məsələn, Şəki-Zaqatala bölgəsində 1 hektar tütün sahəsinin baza zərfi ilə sığortalanması fermerə təqribən 250 manata başa gəlir. Əkin sahəsi doludan keyfiyyət itkisi riskindən də sığortalandıqda sığorta haqqı 320 manat təşkil edir. Bu 1 hektar tütün sahəsinə il ərzində çəkilən xərclərin cəmi 10 faizini təşkil edir.

Qeyd edək ki, Azərbaycanda 2600 hektar sahədə tütün əkilir. Tütün sahələrinin 98 faizi Şəki-Zaqatala regionunda yerləşir. Tütün sahələri üzrə aqrar sığorta ödənişləri də bu regiondakı fermerlərə edilib.

Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə həyata keçirilən tədbirlər nəticəsində hazırda fermerlər və torpaq sahibləri, eləcə də heyvandarlıq təsərrüfatlarının nümayəndələri öz təsərrüfatlarını “AsanPay” ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan sığorta edə bilərlər.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!