07 May 2024 08:40
211
SİYASƏT
A- A+

Azərbaycanda etibarlı sabitlik mühiti hökm sürür

 

"Milli dövlətlərin siyasi sabitliyi və iqtisadi inkişafı təmin etmələri daha çox strateji əhəmiyyət kəsb edir. Bu kontekstdə ölkəmizin təcrübəsi müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir. Qlobal miqyasda hökm sürən mürəkkəb şəraitdə Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imic qazanan ölkələr sırasında aparıcı yerlərdən birini tutur".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat söyləyib ki, "Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında müasir çağırışlara, milli maraqlara uyğun reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə edilməsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir". 
Sevinc Fətəliyeva bildirib ki, müasir dövrdə qloballaşma şəraitində dünyanın bir sıra bölgələrində mürəkkəb proseslər baş verir: "Bəzi ölkələrdə maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə, müxtəlif regionlarda münaqişələrin, müharibələrin mövcud olması qlobal kataklizmlərin mövcudluğundan xəbər verir. Ətraf, yaxın regionlarda da belə mürəkkəb vəziyyət müşahidə olunur. Belə gərginlik isə siyasi kataklizmlərin dərinləşməsini şərtləndirir ki, bu da nəticə etibarilə, həm inteqrasiya və əməkdaşlığı zəiflədir, həm də siyasi münasibətlərdə müəyyən qədər etimadsızlıq mühitinin, ziddiyyətlərin artmasına səbəb olur. Bu vəziyyətdə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması mühüm əhəmiyyətə malikdir".
Deputatın sözlərinə görə, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan əhalisinin layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahının yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir.
Sevinc Fətəliyeva bütün bunlarla yanaşı, ölkəmizin milli təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyinə də diqqət çəkib. Deyib ki, siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb: "Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdidlərin neytrallaşdırılmasından və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Ölkəmizdə milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılır".
Deputat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının kökündə ölkəmizdəki sabitlik və İlham Əliyev siyasətinin xalqımız tərəfindən birmənalı olaraq dəstəklənməsi dayanır: "Xalq-iqtidar birliyi uğurlarımızı şərtləndirən başlıca amillər sırasındadır. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video