22 İyun 2023 16:32
906
Elm və texnika
A- A+
Azərbaycanda əqli mülkiyyət sahəsində idarəetmə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının diqqət mərkəzindədir  

Azərbaycanda əqli mülkiyyət sahəsində idarəetmə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının diqqət mərkəzindədir  

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) “Əqli mülkiyyət idarəetməsi və inzibatçılığı modelləri” adlı tədqiqat həyata keçirir. Tədqiqatın əsas məqsədi əqli mülkiyyət idarəetməsi və inzibatçilığının müxtəlif formalarını öyrənmək, onların əsas xüsusiyyətləri və dinamikasını təsvir etmək, müsbət təcrübələrin tətbiqini təşviq etmək və əqli mülkiyyət (IP) ofislərinə metodiki yardım göstərilməsi ilə bağlı tövsiyələr verməkdir. ÜƏMT bu tədqiqatın aparılmasını Almaniyanın Fraunhofer Sistemlər və İnnovasiya Tədqiqatları İnstitutuna həvalə edib. Tədqiqat çərçivəsində dünya üzrə 204 milli əqli mülkiyyət ofisləri arasından tədqiqatın məqsədlərinə cavab verən müsbət təcrübəyə malik 15 ölkə, o cümlədən Azərbaycan Respublikası seçilib.

Tədqiqatın mühüm hissəsi milli əqli mülkiyyət ofislərinin rəhbərləri ilə geniş müsahibələrin keçirilməsidir. Bu məqsədlə Fraunhofer Sistemlər və İnnovasiya Tədqiqatları İnstitutunun aparıcı mütəxəssisləri professor Nikolaus Tumm və Kristofer Şolts Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovla geniş müsahibə aparıblar.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, 10-dan artıq sualı cavablandıran K.İmanov milli əqli mülkiyyət institutunun tarixindən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri nəticəsində ölkəmizin yeniləşməsindən, sosial-iqtisadi islahatların uğurla reallaşdırılmasından bəhs edib, iqtisadiyyatın diversifikasiyasının və innovativ inkişafın tərkib hissəsi kimi əqli mülkiyyət sisteminin təkmilləşməsinə yönəlmiş institusional islahatlar çərçivəsində ölkə başçısının 2018-ci il 20 aprel tarixli, 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin yaradılması barədə müfəssəl məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidentinin bütün sahələrdə həyata keçirdiyi radikal islahatların ideologiyasının əsasını yaradıcı sahibkarlıq, investisiyalar və rəqabət bazarları ilə yanaşı, intellektual mülkiyyətin inkişafında innovasiyalara dəstək verilməsi təşkil edir. Təbiidir ki, burada fənlərarası yanaşmadan söhbət gedir. Həmin yanaşma intellektual mülkiyyət kateqoriyası anlayışının yenidən dərk və təsbit edilməsini, iqtisadiyyat, sosiologiya və hüququn qarşılıqlı əlaqələri kimi öyrənilməsini nəzərdə tutur.

Azərbaycanın dövlət başçısı tərəfindən təsdiq olunmuş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı inkişaf planının da göstərilən məqsədlərə xidmət etdiyini bildirən K.İmanov bilavasitə əqli mülkiyyətə innovasiyaların milli ekosistemini formalaşdıran hərəkətverici qüvvə kimi yanaşmanın zəruriliyini diqqətə çatdırıb. O, daha sonra deyib ki, mühafizə sənədlərinin verilməsi funksiyaları çərçivəsində Agentlik öz fəaliyyətini xidmətlərin səmərəliliyini artırmaq, o cümlədən ixtira və patent fəallığını gücləndirmək, iddia sənədlərinə baxılma müddətini azaltmaq və müraciət prosedurunu sadələşdirməklə həyata keçirir. Həmçinin bu sahədə bürokratik maneələrin aradan qaldırılmasına metodiki kömək göstərilməsini təmin edir.

K.İmanov daha sonra qeyd edib ki, Agentlikdə göstərilən bütün xidmətlərin əsas məqsədlərindən biri daxili transaksiya xərclərinin azaldılması, işin şəffaflığının təmin edilməsi və subyektivliyin aradan qaldırılmasından ibarətdir.

Agentlikdə yaradılan rəqəmsal platforma da patentlərin və əmtəə nişanlarının müştəriləri (müraciət edənlər) arasında “bir pəncərə” prinsipi əsasında təmassız əlaqə yaratmağa və istənilən mənbədən sistemə məhdudiyyətsiz çıxış imkanı yaratmağa xidmət edir.

İdarə Heyətinin sədri bildirib ki, Agentliyin idarəçiliyində belə yanaşmanın üstünlükləri özünü tam doğruldub. O, bunu konkret misallarla əsaslandırıb.

Müsahibədə verilən məlumatlar beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilib. Ekspertlər müsahibənin predmetinə aid mövzulara dair K.İmanovun müəllifi olduğu kitabların və müsahibə ilə bağlı prezentasiyanın mütəxəssislər arasında yayılması üçün onlara göndərilməsini xahiş ediblər.

Müsahibədə ÜƏMT-nın Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri bölməsinin rəhbəri İlya Qribkov və bu təşkilatın digər bölmələrinin mütəxəssisləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!