28 Aprel 2016 07:04
563
CƏMİYYƏT
A- A+
Azərbaycanda diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinə böyük önəm verilir

Azərbaycanda diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinə böyük önəm verilir

Aprelin 28-də Daxili İşlər Nazirliyinin (DİN) “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və təmsilçiləri ilə görüş keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, diplomatik korpus nümayəndələrinin xahişinə əsasən təşkil olunan görüşdə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov nazirliyin rəhbərliyi adından qonaqları salamlayıb, tədbirin qarşılıqlı əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını deyib.

Sonra müstəqillik illərində ölkəmizin keçdiyi tarixi yol, cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahələrində əldə edilmiş uğurlu nəticələr, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təmini, mövcud kriminogen durum, qarşıda duran vəzifələr barədə geniş məlumat verilib.

Nazirin birinci müavini qeyd edib ki, son üç ildə xarici dövlətlərin diplomatik missiyalarının, habelə beynəlxalq təşkilatların rəhbərləri ilə Daxili İşlər Nazirliyində 268 görüş keçirilib. Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, diplomatik korpusun mühafizəsi ilə əlaqədar məsələlər də müzakirə olunub. Hazırda DİN-in Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru və Baş Mühafizə İdarəsi respublika ərazisində yerləşən 50-dən çox diplomatik nümayəndəliyin mühafizəsini həyata keçirir. Müvafiq işə cəlb olunmuş polis əməkdaşlarının xidməti ciddi nəzarətdə saxlanılır. Onlar tərəfindən son 3 ildə 61 şəxsin qanunsuz hərəkətlərinin qarşısı alınıb. Diplomatik nümayəndəliklərin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi də böyük önəm verilən məsələlərdən olmaqla, bu sahədə fəaliyyət xüsusi əməliyyat planı ilə tənzimlənir.

Polis general-leytenantı Vilayət Eyvazov vurğulayıb ki, Azərbaycan Respublikası da terrorçuluqdan əziyyət çəkən dövlətlər sırasındadır. Ötən əsrin 80-ci illərindən etibarən ölkəmiz və onun vətəndaşları erməni terrorçuluğunun hədəfinə çevrilib. Təkcə 1989-1994-cü illərdə erməni terrorçu qrupları tərəfindən Azərbaycana qarşı törədilmiş 32 terror aktı nəticəsində iki min insan həlak olub, yüzlərlə vətəndaşımız yaralanıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanın torpaqlarının 20 faizindən çoxunun, o cümlədən Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində İran İslam Respublikası ilə 132 kilometrlik sərhəd zolağına nəzarət imkanlarımızın itirilməsi də ciddi problemlərdəndir. Nəticə etibarı ilə narkotiklərin, odlu silahların qanunsuz dövriyyəsinə, həmin ərazilərdə beynəlxalq terrorçu təşkilatların gizli təlim bazalarının maneəsiz fəaliyyətinə əlverişli şərait yaranıb. Bu faktın özü nəinki Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyi üçün əsas təhdidlərdən biri olaraq qalır.

Bildirilib ki, son dövrlər dünya ictimaiyyətində çox ciddi narahatlıq doğuran məsələlərdən biri dini ekstremizmin və dini zəmində terrorçuluqla bağlı çağırış və təhdidlərinin artmasıdır. Bu baxımdan, aidiyyəti dövlət orqanları ilə birgə xarici ölkələrdə silahlı münaqişələrdə, terrorçuluq və dini ekstremist fəaliyyətdə iştirak etmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi, sərhədkeçmələrinə məhdudiyyət qoyulması və əməliyyat nəzarətində saxlanılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə xüsusi texniki vasitələrin tətbiqi mühüm əhəmiyyətə malikdir. Bakı Metropoliteni də nəzərə alınmaqla, bu gün respublika üzrə 110 mindən çox videonəzarət kamerası ilə 24 saat ərzində mərkəzləşdirilmiş müşahidə aparılır.

Nazirin birinci müavini bildirib ki, ötən 12 ildə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində də fəaliyyət davamlı olub, əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılıb. Məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin təxminən 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir. Eyni zamanda, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə sistemli xarakter daşıyıb, ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 mindən çox qrup və dəstə zərərsizləşdirilib.

Əldə edilən nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilir.

Çıxışının sonunda məruzəçi diplomatik korpus nümayəndələrini əmin edib ki, Daxili İşlər Nazirliyi digər hüquq mühafizə orqanları ilə birlikdə bundan sonra da cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizənin yüksək peşəkarlıqla həyata keçirilməsi, ictimai asayişin, təhlükəsizliyin və sabitliyin lazımi səviyyədə təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcək.

Xarici İşlər Nazirliyinin idarə rəisi Pərvin Mirzəzadə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin təhlükəsizliklərinin təmini istiqamətində təmsil etdiyi qurumla DİN-in sıx, işgüzar və səmərəli əməkdaşlığından, eyni zamanda, respublikamızı təmsil edən diplomatların bəzi xarici dövlətlərdə qarşılaşdıqları problemlərdən söz açıb.

Diplomatik korpusun adından çıxış edən Rusiyanın ölkəmizdəki səfiri - duayen Vladimir Doroxin təşəbbüslərinə müsbət cavab verildiyinə, görüşün yüksək səviyyədə təşkilinə və ərtaflı məlumata görə DİN rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşün sonunda daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!