15 Aprel 2018 12:04
446
İQTİSADİYYAT
A- A+
Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişafını sürətləndirməyin elmi yolları

Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişafını sürətləndirməyin elmi yolları

 

Azərbaycanın təbii torpaq-iqlim şəraiti əsasən isti, quru və subtropik olması ilə səciyyələnir. Subtropik iqlim qurşağı ölkənin ümumi sahəsinin 65 faizini əhatə edir. 1936-cı ildə botanika və genetika sahəsində məşhur alim, akademik N.S.Vavilov Bakıda keçirilən subtropiklərin I konfransında belə demişdir ki, Azərbaycan dünyanın endemik bitki bankıdır. Lənkəran-Astara bölgəsi onun ən varlı gözəl gəlinidir... 

Bu görkəmli alimin ölkəmizin iqliminə və bitki aləminə, xüsusən onun cənub bölgəsinə verdiyi yüksək qiymət özünü doğrultmuşdur. Həqiqətən, belə iqlim şəraiti respublikamızda müxtəlif növ və sortlardan olan çay, sitrus, feyxoa, kivi, zeytun, nar, əncir, püstə, badam, zəfəran, nəcib dəfnə, bambuk, tunq, xirnik, pekan, muşmula və s. subtropik meyvə və texniki bitkilərin geniş sənaye miqyasında inkişaf etdirilməsi üçün böyük potensiala malikdir.
Uzunmüddətli becərmə və geniş elmi tədqiqat işlərinin aparılması sayəsində Azərbaycanın subtropiklərində həmin subtropik meyvə və texniki bitkilərin yüksək keyfiyyətinə nail olunmuş və beləliklə, iqtisadiyyatın inkişafında təsərrüfatların böyük rolu sübuta yetirilmişdir. Təsadüfi deyil ki, SSRİ-nin tərkibində olduğu illərdə də Azərbaycan feyxoa, zeytun, zəfəran, fındıq, nar, çay və s. subtropik, pəhriz əhəmiyyətli bitkilərin istehsalı baxımından həmişə ön yerlərdə olmuşdur.
Azərbaycanda subtropik bitkiçiliyin, o cümlədən çayçılığın sənaye miqyaslı inkişaf tarixinə nəzər saldıqda, subtropik təsərrüfatların sürətli inkişaf mərhələsinin ümümmilli lider Heydər Əliyevin qayğısı və səyi ilə 1970-1980-ci illərdə baş verdiyinin şahidi oluruq. Belə ki, 1969-cu ildə Heydər Əliyevin respublikaya rəhbər seçilməsi Azərbaycanda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, çayçılığın da inkişafına böyük təkan verdi. Ulu öndərin təşəbbüsü ilə bu sahə ilə əlaqədar geniş müzakirələr aparılmış və mühüm vəzifələr müəyyənləşdirilmişdir. Xüsusən, Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin respublikada çayçılığın ixtisaslaşması və təmərküzləşməsi yolu ilə intensivləşdirilməsinə yönəlmiş 29 aprel 1972-ci il tarixli birgə qərarı sahənin inkişafında böyük rol oynamışdır.
Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə Azərbaycanda çayçılığın intensivləşdirilməsi hesabına çay becərilməsi və çayçılıq sənayesi kənd təsərrüfatının gəlirli sahəsinə çevrilmişdir. Çay plantasiyalarının 1970-ci illə müqayisədə 8 min hektardan 12 min hektara, çay yarpağı istehsalının ildə 26 min tona çatdırılması və bundan da 8,5 min ton keyfiyyətli Azərbaycan çayı əldə edilməsi mümkün olmuşdur. 14 çay yarpağı emal edən və 2 çay çəkib-bükən fabrikin istismara verilməsi nəticəsində ildə 45 min ton yaşıl çay yarpağının emal olunması üçün imkan yaranmışdır. Nəticədə çay yarpağı istehsalının səmərəliliyi 64 faiz və əldə edilən gəlir 16 milyon manatı ötmüşdür. Çay emal edən fabriklər 52 milyon manatlıq məhsul istehsal etmişdir. Həmin dövrdə çaybecərmə və çay emalı ilə bölgədə 65-70 min adam məşğul idi və əhalinin çaya olan tələbatının 65-70 faizi yerli çayla ödənilirdi.
Azərbaycanda 1988-1994-cü illərdə baş verən məlum hadisələr kənd təsərrüfatının digər sahələrində olduğu kimi, çayçılığa da öz mənfi təsirini göstərdi. Bazar iqtisadiyyatına keçid ərəfəsində çay becərilməsi və çay emalı ilə məşğul olanlar maddi-texniki və təşkilatı cəhətdən bir sıra çətinliklərlə üzləşdilər. Bu səbəbdən də çay plantasiyalarında aqrotexniki xidmət işləri dayandırıldı, baxımsızlq ucbatından külli miqdarda çay kolları quruyub məhv oldu. Son illərin statistik məlumatlarına görə, ölkədə vaxtilə mövcud olan (12 min hektar) çay plantasiyalarının 90 faizdən çoxu tədricən sıradan çıxmışdır. Hazırda ölkə əhalisinin çaya olan ehtiyacı əsasən idxal hesabına ödənilir.
Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında yerli sərvətlərdən və təbii şəraitdən səmərəli istifadə etməklə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafının təmin edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və güzəranının daha da yaxşılaşdırılması kimi həlli vacib məsələlər qarşıya qoyulmuşdur. Həmin proqramların həyata keçirilməsi sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə keçmişdir. Bu mərhələdə ölkənin ərzaq təhlükəsizliyinin həlli gündəmə gətirilərək prioritet fəaliyyət istiqamətlərindən biri elan olunmuşdur.
2008-ci il 25 avqustda təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda ölkənin aqrar sektoru üçün strateji əhəmiyyəti olan çay da əsas ərzaq məhsulları sırasına daxil edilmişdir. Məqsəd ölkədə çayçılığın bərpası və çay istehsalının artırılması ilə ölkə əhalisinin yerli çay məhsulları təminatına nail olunmasından ibarət idi. Ötən ilin sentyabrında Lənkəran şəhərində Azərbaycanın aqrar bölməsinin mühüm sahələrindən biri sayılan çayçılıq, sitrusçuluq və çəltikçiliyin dirçəldilməsi və inkişaf etdirilməsi məsələlərinə həsr edilmiş respublika müşavirəsi keçirilmiş, geniş müzakirələr aparılaraq, bu sahələrin intensivləşdirilməsi mühüm məsələ kimi qarşıya qoyulmuşdur. Həmin müşavirədə aqrar sahəyə diqqətin artırılmasının vacib məsələ olduğu önə çəkilmiş, bölgə üçün ənənəvi sayılan sahələrin, xüsusilə çayçılıq, sitrusçuluq və çəltikçiliyin müasir elmi əsaslara söykənərək inkişaf etidirilməsinin zəruri olduğu vurğulanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının bölgədə fəaliyyət göstərən Lənkəran Regional Elmi Mərkəzi ümümrespublika toplantısında bu vəzifələrin icrası ilə əlaqədar öz iş planını yenidən nəzərdən keçirmiş və elmi-praktiki əsaslarla bir sıra tədbirlər işləyib hazırlamışdır. Onlar bunlardır:
- fermer təsərrüfatları üçün daha məhsuldar və keyfiyyətli çay sortlarını yaratmaqla və yekcins tinglərlə çay plantasiyalarının salınmasına nail olunması;
- Lənkəran-Astara bölgəsində sitrus bitkilərinin ən yaxşı adaptasiya olunmuş, yüksək təsərrüfat qiymətini almış sortların əldə edilməsi və fermer təsərrüfatlarına təqdim edilməsi;
- bölgədə çay, sitrus və digər subtropik meyvə və texniki bitkilərin inkişafı üçün becərmə texnologiyalarının təkmilləşdirilməsi;
- Astara rayonunda sitrus bitkilərinin becərilməsi üçün daha əlverişli torpaq-iqlim şəraitin olmasını nəzərə alıb AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin “Astara dayaq məntəqəsi” nin yaradılması;
- bölgədə gələcəkdə çay plantasiyalarının salınması məqsədilə Lerik rayonu ərazisində AMEA-nın “Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birlikdə tədqiqat işlərinin aparılması, çay və digər subtropik bitkilərin əkinəyararlı sahələrinin müəyyənləşdirilməsi;
- Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq əsasında çay, sitrus və bəzək bağçılığı üzrə mütəxəssis kadrların hazırlanması və onların təkmilləşdirilməsi ;
- Lənkəran-Astara bölgəsinin özünəməxsus təbii torpaq-iqlim şəraitində yetişdirilən kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyətli olmasını nəzərə alaraq, “Made in Azərbaycan” brendi altında xaricə ixracatını artırmaq məqsədilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində müasir tələblərə cavab verən “biokimyəvi tədqiqatlar” şöbəsinin yaradılması və müasir labaratoriya avadanlıqları ilə təmin edilməsi;
- AMEA-nın Coğrafiya İnstitutu ilə birlikdə Lənkəran-Astara rayonlarının “Aqroiqlim xəritəsi”-nin hazırlanması;
- Lənkəran-Astara bölgəsində bioloji müxtəlifliyin qorunması, davamlı istifadəsi və turizmin inkişaf perspektivləri nəzərə alınaraq, AMEA-nın “Botanika İnstitutu” və “Mərkəzi Nəbatat Bağı” ilə əməkdaşlıq çərçivəsində Lənkəranda “Nəbatat bağı”nın salınması.

Fərman QULİYEV,
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!