04 Sentyabr 2022 00:10
1687
CƏMİYYƏT
A- A+
Azərbaycanda bolşevik işğalına qarşı Quba üsyanı

Azərbaycanda bolşevik işğalına qarşı Quba üsyanı

 

Kəndlilər sovet qüvvələrinə qarşı müqavimət göstərirdilər

 

Qubada 1920-ci ildə  sovet işğalına qarşı üsyanlar baş qaldırdı. Həmdulla əfəndi Əfəndizadə, Qaçaq Mayıl və Cümhuriyyət ordusunun zabiti Əfəndiyevin rəhbərlik etdikləri üsyan üç həftəyə yaxın davam etdi. Üsyanın yatırılması üçün Əliheydər Qarayev və Levan Qoqoberidze bölgəyə ezam olundular. Həftələrlə davam edən qeyri-bərabər döyüşlərdən sonra üsyançılar məğlubiyyətə uğradılar.

Quba qəzasında Küzün kəndinin əhalisi 1920-ci il avqustun 23-də  silahlı üsyana qalxdı. Onlar kənddə iki milis nəfərini öldürdülər. Daha sonra isə yeni hakimiyyətə itaətsizliklərini elan etdilər.

Üsyanı yatırmaq üçün kəndə 4-cü süvari alayından 45 nəfərlik dəstə göndərildi. Həmin dəstə çoxlu itki verdi. Onlardan yalnız 6 nəfəri həyatda qala bildi. Hərbi komissar Küzün kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir taqım və əlavə pulemyotçu göndərdi. Kənd üsyançıları ilə sovet qüvvələri arasında yenidən gərgin döyüş başladı. Əhali növbəti dəfə sovet qüvvələrinə müqavimət göstərə bildi.

Avqustun 29-da Qubanın yaxınlığında sovet qüvvələri ilə üsyançılar arasında yeni toqquşma baş verdi. 100 nəfərdən ibarət olan sovet əsgərləri xeyli itki ilə geri çəkildilər. Üsyançıların silahlı dəstəsi artıq formalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də var idi. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saatlarında onlar Dəvəçi-Xaçmaza doğru irəlilədilər. Üsyançıların qarşısına 7-ci süvari dəstəsi çıxarıldı. Gərgin döyüşdən sonra sovet-bolşevik qüvvələri bu dəfə mövqelərini saxlaya bildilər.  Xaçmaz yaxınlığında bolşeviklərin zirehli qatarı da dayanmışdı. Bu da onlara əlavə imkanlar yaradırdı. Üsyançılar isə elə mövqelərdə yerləşmişdilər ki, zirehli qatardakı topların atəşi onlara çatmırdı. Kəşfiyyat məlumatlarından məlum olmuşdu ki, Çərxi stansiyası ətrafında da yeni rejimlə razılaşmayan yerli əhalinin silahlı dəstəsi təşkil edilmişdi. 

Güclü dəstələrdən birinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla əfəndi Əfəndizadə rəhbərlik edirdi. Onun öz qardaşı Şəmsəddin Əfəndi, türk zabiti İsmayıl Əli Əfəndi, Səttar Əfəndiyev, milli ordunun zabiti Şükür bəy də üsyana başçılıq edirdilər.

Sovet rejiminə qarşı təhlükəli xarakter alan üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edildi. Plenum Quba üsyanını yatırmaq üçün Ə.Qarayevi və L.Qoqoberidzeni ora ezam etmək haqqında qərar qəbul etdi. Qəzənfər Musabəyov isə Quba qəzasının fövqəladə komissarı təyin olundu.

 

Üsyanlar amansızlıqla yatırıldı

Üsyanın qarşısını almaq üçün qəzanın fövqəladə komissarı Qəzənfər Musabəyov 1920-ci il sentyabrın 11-də Quba əhalisinə müraciət etdi. Bu müraciətdə qəzada baş qaldıran üsyan və onun yatırılması haqqında məlumat verilirdi. Musabəyov üsyanın daha da genişlənməsinə yol verməmək üçün sovet hakimiyyəti adından üsyançılara amnistiya elan edir və silahlarını təhvil verməyə dəvət edir. O, eyni zamanda bildirir ki, üsyan cəhdinin qarşısı hər vasitə ilə alınacaqdır.

6 minə yaxın insanın iştirak etdiyi üsyan sentyabr ayında amansızlıqla yatırıldı. Əməliyyatlarda 500 kəndli öldürüldü. Kəndlərin bəziləri mərmi atəşlərindən alışıb yandı. Üsyanın baş verdiyi kəndlər bolşeviklərin nəzarəti altına keçdi.

 

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Malayziya Mərkəzi Bankı: İslam maliyyəsinin uzunmüddətli iqtisadi inkişafın təmin olunmasına xidmət etməsini hədəfləyirik  

12:38
17 İyun

BƏƏ səhralaşmaya qarşı mübarizəni gücləndirir

12:16
17 İyun

Xəzər dənizində zəlzələ qeydə alınıb

12:09
17 İyun

“Politico”: ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq edə bilər

12:03
17 İyun

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib  

11:58
17 İyun

İran xam neft ixracına başlayıb

11:49
17 İyun

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

11:43
17 İyun

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb  

11:40
17 İyun

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

11:37
17 İyun

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

11:36
17 İyun

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

11:35
17 İyun

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

11:21
17 İyun

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır  

11:16
17 İyun

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

11:07
17 İyun

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

11:07
17 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:01
17 İyun

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

10:57
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq  

10:48
17 İyun

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

10:41
17 İyun

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

10:31
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!