22 Aprel 2022 13:56
1935
İQTİSADİYYAT
A- A+
Azərbaycanda 1135 metr uzunluqda asma körpü və 9 metr hündürlüyündə yeraltı tunel tikilir  

Azərbaycanda 1135 metr uzunluqda asma körpü və 9 metr hündürlüyündə yeraltı tunel tikilir  

 

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda yenidənqurma işləri davam etdirilir. Bu yol üzərində inşa edilən asma körpü və yeraltı tunel uzunluğuna və hündürlüyünə görə Azərbaycanda bir ilkdir.

AZƏRTAC xəbər verir ki, sözügedən avtomobil yolu paytaxt Bakı ilə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını birləşdirən ən qısa yol olacaq.

Layihə başa çatdıqdan sonra paytaxt Bakı istiqamətindən şimal-qərb rayonlarına doğru hərəkət edən sürücülər Ağsu çayı üzərində hündürlüyü 76 metr, uzunluğu 1135 metr olan asma körpüdən keçəcəklər. Asma körpüdən çıxan avtomobillər 300 metrlik asfalt yolla hərəkət etdikdən sonra, uzunluğu 865 metr, hündürlüyü 9 metr olan dördzolaqlı yola daxil olacaqlar. Sürücülər asma körpüdən, eləcə də yeraltı tuneldən keçməklə həm az məsafə qət edəcək, həm də mənzil başına daha tez və rahat çatacaqlar.

Hazırda dörd ərazidə ümumi uzunluğu 2,6 kilometr olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işləri aparılır. Qurğular normalara əsasən, 9 ballıq zəlzələyə davamlı inşa edilir.

Layihə rəhbəri Zahir Həsənov bildirib ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlıdan keçən hissəsində, Ağsu çayı vadisində dolamalar mövcuddur. Qışda, xüsusilə qarlı-şaxtalı havalarda hərəkət çətinləşir: “Bu layihə başa çatdıqdan sonra həmin problemlər də aradan qalxacaq. Şamaxıdan çıxan nəqliyyat vasitəsi heç bir dolama olmadan bu vadidən keçəcək və rahat hərəkət edəcək. Digər üstünlük ondan ibarətdir ki, yeni inşa edilən yol dörd zolaqdan ibarətdir. Bu da öz növbəsində hərəkəti asanlaşdıracaq”.

Layihənin icrası nəticəsində həm məsafə qısalacaq, nəqliyyat xərcləri azalacaq, hərəkətin təhlükəsizliyi təmin olunacaq, həm də regionun potensialından istifadə etmək üçün yeni imkanlar yaranacaq, eyni zamanda, turizm inkişaf edəcək.

İsmayıllı sakini Cəmil Xalidoğlu da yeni yolun turistlərin bölgələrə daha çox gəlib-getməyinə səbəb olacağını söyləyib: “Düzdür, turistlər indi də gəlib-gedir, amma çox vaxt qonaqlar yol narahat olduğuna görə bu ərazilərə gəlmirlər. Yeni yol rahat olacaq, məsafəni azaldacaq. Yeraltı tunel, asma körpü də bu yerlərə əlavə gözəllik qatacaq”.

Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud ikizolaqlı yol genişləndirilərək dördhərəkət zolağından ibarət olacaq. Hazırda layihənin ilk 7 kilometrlik hissəsində torpaq işləri, yol yatağının tikintisi aparılır. Həmçinin mühəndis qurğuları, ümumi uzunluğu 180 metrdən çox olan dairəvi düzbucaqlı suötürücülər də inşa edilir. Layihənin əvvəlində mövcud yolla kəsişmədə dairənin inşası nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!