19 Mart 2025 08:35
648
SİYASƏT
A- A+
Azərbaycana qarşı dezinformasiya kampaniyası davam edir

Azərbaycana qarşı dezinformasiya kampaniyası davam edir


ATƏT-in Vyanadakı konfransında real faktlar əsasında həqiqətlər səsləndi


"Düşünürəm ki, münaqişə dövrləri ilə bağlı Azərbaycan mətbuatının və Azərbaycan jurnalistlərinin çox böyük təcrübəsi var. Belə ki, Azərbaycan son 35 ildə Ermənistan ilə münaqişə və müharibə vəziyyətində olub. Bu illər ərzində ölkəmizə qarşı informasiya müharibəsi aparılıb. Xüsusən Birinci və İkinci Qarabağ müharibələri illərində xarici mətbuatda Azərbaycan ilə bağlı yalan xəbər və dezinformasiyalar yayılıb".

Bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli ATƏT-in "Münaqişə və humanitar böhranlar dövründə medianın rolu" mövzusunda Avstriyanın paytaxtı Vyanada keçirilən konfransında çıxışı zamanı deyib.

Hacıbəy Heydərli qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı dezinformasiyaların qarşısını Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr alıb: "İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan cəbhədə olduğu kimi, informasiya müharibəsində də Ermənistana çox ağır zərbələr vurdu. Prezident İlham Əliyev 44 günlük müharibədə dünyanın nüfuzlu media qurumlarına 31 müsahibə verdi. Dövlət başçısı həm Azərbaycan, həm türk, həm rus, həm də ingilis dillərindəki müsahibələrində müharibə ilə bağlı həqiqətləri söylədi, Azərbaycana qarşı dezinformasiya və feyk nyusların qarşısını aldı. Müharibədən sonrakı dövrdə Azərbaycana qarşı dezinformasiya kampaniyası yeni mərhələyə qədəm qoydu. Azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolundakı dinc aksiyasını Ermənistan və Qərbin bəzi mətbu orqanları başqa cür təqdim etdilər. Onların iddiasına görə, Xankəndidə yaşayan ermənilər etnik təmizləməyə məruz qalırdılar. Əslində isə bu, kökündən yalan məlumatlar idi. Həmin yol humanitar məqsədlər və dinc əhali üçün açıq idi. Azərbaycan və dünya mediası oradan hər saat canlı reportajlar yayımlayırdı. Mən özüm də bunun birbaşa şahidi olmuşdum".

Baş redaktor qeyd edib ki, bu gün də Azərbaycana qarşı bəzi xarici KİV-də kampaniya aparılır: "Təəssüf ki, Azərbaycana qarşı dezinformasiya kampaniyası bu gün də davam edir. Ermənistan tərəfi yalan xəbərlərlə dünya ictimaiyyətini aldatmağa çalışır. Azərbaycanla Ermənistan arasında sülh danışıqları getdiyi bir anda İrəvan son günlər yenə də sərhəddə yeni münaqişə yaratmağa çalışır. Onlar son bir neçə gündə dəfələrlə Azərbaycanın mövqelərini atəşə tutublar. Bu da onu göstərir ki, Ermənistan  sülh istəmir və təxribatlarına davam edir".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!