Azərbaycan-Yaponiya Dostluq Mərkəzi müstəqilliyin bərpasının 30-cü ildönümü ilə bağlı bəyanat yayıb
Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər məlumat verib.
Yaponiya parlamentinə, Xarici İşlər Nazirliyinə, KİV-ə, beyin mərkəzlərinə və qeyri-hökumət təşkilatlarına göndərilən bəyanatın mətnində deyilir ki, bu gün bütün dünyanın müstəqil dövlət kimi tanıdığı Azərbaycan 1918-ci ildə qurulan və tarixən şərqdə ilk dünyəvi və demokratik respublika kimi qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1920-ci ildə bolşevik işğalı nəticəsində müstəqilliyini itirən Azərbaycan Respublikası ötən əsrin 90-cü illərin sonlarında yenidən müstəqilliyini bərpa etməyə nail oldu. 1991-cı il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin qəbul etdiyi İstiqlal Bəyannaməsi nəticəsində Azərbaycan müstəqilliyini bərpa etdi.
Sənəddə bildirilir ki, bu gün müstəqilliyin bərpasının 30-cu ildönümünü qeyd edən Azərbaycan bütün dünyada etibarlı beynəlxalq tərəfdaş, regional və qlobal əhəmiyyətli enerji layihələrinin təşəbbüskarı kimi tanınıb. Böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Vurğulanır ki, Azərbaycan regional əməkdaşlıq çərçivəsində beynəlxalq çəkisini durmadan artıraraq, yeni çoxtərəfli qurumların və platformaların yaradılmasının təşəbbüskarı kimi çıxış edir.
Bəyanatda Azərbaycanın ötən il vətən müharibəsində qazandığı böyük Zəfərə - 30 ilə yaxın bir dövrdə Ermənistan tərəfindən işğal altında saxlanan ərazilərin azad edilməsinə də xüsusi toxunulur. Azərbaycan Prezidenti İlham Əliyevin komandanlığı ilə azad edilən ərazilərdə böyük bərpa və quruculuq işlərinin başlanmasına xüsusi diqqət yetirilir. Bu işdə Yaponiya şirkətlərinin fəal iştirakına görə minnətdarlıq ifadə edilir. Bildirilir ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olan Yaponiya iki ölkə arasında münasibətlərin inkişafına xüsusi önəm verir və bu, həm Azərbaycan hökuməti, həm də xalqımız tərəfindən həmişə yüksək qiymətləndirilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!