24 İyul 2016 12:07
219
Mədəniyyət
A- A+
Azərbaycan xalçaçılığı: ənənədən perspektivədək

Azərbaycan xalçaçılığı: ənənədən perspektivədək

 

Azərbaycan Prezidenti İlham Əliyevin xalçaçılıq sənətinin inkişafını təmin etmək üçün imzaladığı sərəncam bir neçə sahəni əhatə edir

 

Xalçaçılıq sənətinin tarixi əsrlərlə ölçülür. Maddi-mədəniyyət nümunələrindən sayılan bu unikal nümunələr haqqında nağıllar, əfsanələr də az deyil. Xalçaçılığa dair ən qədim və dəyərli arxeoloji materiallar Dağlıq Altay kurqanlarındakı daimi buzlaq ərazilərində aşkar edilib. Bütöv halda qalmış xalça Pazırık (Basırıq) kurqanlarında tapılıb, o, hazırda Sankt-Peterburqdakı Ermitajda saxlanılır.
Respublikamızda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini, ondan səmərəli istifadəni və digər işlərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 5 may 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov ölkəmizin bütün bölgələrində xalçaçılığın inkişafı üçün münbit şəraitin olduğunu vurğuladı. Sovetlər dövründə fəaliyyət göstərmiş “Azərxalça” Elmi Yaradıcılıq və İstehsalat Birliyi Azərbaycan xalçalarının kütləvi halda istehsalı ilə məşğul olub. Bu qurum dövlət tərəfindən yaradılmış istehsalat müəssisəsi olsa da, XX əsrin sonunda yaranmış iqtisadi şəraitdə fəaliyyətini demək olar ki, dayandırıb: “Sovetlər dönəmində “Azərxalça” əl əməyinə əsaslanan xalçaçılıq mərkəzi olub. Bu və ya digər şəkildə mərkəz dövrün tələb və qaydalarına uyğun olaraq sənətin ənənələrini yaşatmağa çalışıb və müəyyən nailiyyətlər əldə edib. Lakin dövlət müstəqilliyinin bərpasından sonra digər sahələrdə olduğu kimi, xalçaçılıqda da yeni tələblər ortaya çıxıb. Ona görə də xalçaçılıqla məşğul olan bu qurum fəaliyyət göstərə bilməyib və özünün tənəzzül dövrünü yaşayıb. Qədim xalq sənətinin yaşadılması və müasir dövrün tələblərinə uyğun şəkildə ondan bəhrələnmək baxımından Azərbaycan Prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı olduqca mühüm əhəmiyyət daşıyır. Bu sərəncamın tarixi mahiyyəti, dəyəri olduqca böyükdür. Bu, tarixi ənənələrin bərpası deməkdir. Yaradılan yeni “Azərxalça” ASC xalqımızın tarixini, mədəniyyətini, zəngin məişətini özündə yaşadan xalçaçılığın kompleks şəkildə inkişafını təmin edəcək bir qurumdur. Bu qurumun fəaliyyətində ölkə iqtisadiyyatının, sənayesinin bir sıra mühüm və vacib istiqamətləri əhatə olunacaq”.
Xalçaçılıq şəbəkəsinin genişləndirilməsinin turizmin inkişafına da mühüm təsir göstərəcəyi şübhəsizdir. Eyni zamanda, bu, qadınların işlə təmin olunmasında mühüm faktordur. Xalçaçılıqda əsas işçi kontingenti qadınlardır. Onların işlə təminatı isə ailənin büdcə gəlirlərinin artması deməkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələnin aktuallığına diqqət yetirərək bildirdi ki, biz ilk növbədə özümüzü bütün sənaye məhsulları ilə təmin etməliyik. Eyni zamanda, çox ciddi ixrac potensialı da yaratmalı və xarici bazarlara çıxmalıyıq. Bu, məşğulluq problemlərinin həllinə də çox müsbət təsir göstərəcəkdir: “Bu yaxınlarda “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılıbdır. Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdirilibdir və Bakının mərkəzində - Bulvarda açılmış Xalça muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər. Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerlərdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda, biz xalçaçılıq sənayesini də yaradaq. Bu, ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək”.
Yeni yaradılan “Azərxalça” ASC məhsulun tədarükündən başlayaraq, istehlak bazarına çıxarılmasına kimi xalçaçılıq sahəsindəki mövcud problemlərin həlli üçün yaradılmış bir qurumdur. Keyfiyyətli xalçaların toxunmasında müxtəlif və özünəməxsus çeşnilərlə yanaşı, onların “Azərbaycan brendi” kimi təqdim olunması üçün keyfiyyətli boyaqlardan istifadə vacib şərtdir. Bu gün Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Şirvan, Qazax-Borçalı, Quba, Gəncə kimi tarixi xalçaçılıq bölgələrinə xas olan çeşniləri dünyada tanıtmaq lazımdır. Respublikamızın regionlarında fəaliyyət göstərəcək xalçaçılıq emalatxanalarında istehsal kompleks şəkildə həyata keçiriləcəkdir. Məsələnin başqa bir tərəfi də var. Həmin sexlərdə çalışacaq qadınlara imkan yaradılacaq ki, onlar yaddaşlarında saxladıqları milli naxış və çeşniləri barmaqlarında ilmələndirsinlər.
“Azərxalça” ASC xarici ölkələrlə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Xarici ölkələrdə nümayəndəliklərin açılması, xalçaçılıq üzrə beynəlxalq simpoziumlarda və konfranslarda iştirak və s. üçün mühüm tədbirlər planı hazırlanır. Azərbaycan xalçaçılığı haqqında müxtəlif dillərdə sənədli filmlərin çəkilməsi, məlumat-informasiya xarakterli broşürlərin hazırlanması, beynəlxalq satış-sərgilərində iştirak da plana uyğun həyata keçiriləcəkdir.
İlk mərhələdə respublikanın müxtəlif rayonlarında 1000-1500 nəfər işçini əhatə edən xalçaçılıq emalatxanaları fəaliyyət göstərəcək. Hər emalatxanada təxminən 150 nəfərdən ibarət xalçaçı kollektivi çalışacaq. Vaxtilə “Azərxalça”da çalışmış təcrübəli mütəxəssislərin zəngin təcrübəsindən istifadə ediləcək. AMEA-nın müvafiq sahə institutları, Kənd Təsərrüfatı Nazirliyi və digər strukturlarla əməkdaşlıq ediləcək.
...Xalçalar zaman-zaman öz dəyərini birə-min artıraraq, evin, ailənin ən qiymətli əşyalarından sayılıb. Xalı ilə xalçanın fərqini nənələr və xalçaçılıq sənətinin biliciləri daha yaxşı bilir. İlk dəfə nənələrimiz xalı toxuyublar. Bunun da əsasən tərəkəmə ellərində köçəri həyatın üstünlük təşkil etməsi ilə bağlı olduğu bildirilir. Qışda aranda qışlayan, yayda yaylaqda yaylayan elat tayfaları otağı və keçədən qurulmuş alaçığı bəzəmək üçün xalılardan istifadə ediblər. Evin döşəməsinin ölçüsündə xalılar toxunub. Belə xalılar xovlu və xovsuz olublar. Əsasən ilk vaxtlar xalılar xovsuz toxunub, yəni, palaz, kilim, şəddə və s. formada. Sonralar xalıların ölçüləri dəyişdirilib: xalçaya çevrilib və əsasən xovlu toxunublar. Ən kiçik formatlı xalçalara rast gəlmək mümkündür ki, onlar qiymətli hədiyyə kimi sifarişlə toxunur.

Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!