10 May 2025 09:15
396
SİYASƏT
A- A+
Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə yüksəldi

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə yüksəldi


"Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin inkişafı son onilliklər ərzində mühüm mərhələlərdən keçib, xüsusilə dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri bu əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib. Bu səfərlər yalnız siyasi dialoqun dərinləşməsinə deyil, həm də iqtisadi, ticarət, humanitar və partiyalararası əməkdaşlığın genişlənməsinə ciddi təkan verib".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, 2014-cü ildə Azərbaycan Prezidentinin Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının rəhbəri cənab Çıonq Tan Şanqın Bakıya rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində dönüş nöqtəsi olub.  Bu səfərlər zamanı aparılan danışıqlar və imzalanan sənədlər siyasi münasibətlərin təməlini möhkəmləndirib, eyni zamanda iqtisadi sahədə əməkdaşlığın əsasını qoyub. "Çıonq Tan Şanqın Bakıya səfəri çərçivəsində ilk Azərbaycan-Vyetnam biznes-forumu keçirildi. Forumda neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər strateji sahələri təmsil edən işgüzar dairələrin nümayəndələri iştirak etdilər. Bu tədbir ikitərəfli ticarət və investisiya imkanlarının öyrənilməsi və konkret layihələrin əsasının qoyulması baxımından əhəmiyyətli platforma oldu. İkitərəfli münasibətlərin davamlı inkişafını təmin etmək məqsədilə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya iqtisadi, ticarət, elmi və texniki sahələrdə əməkdaşlıq imkanlarını qiymətləndirmək və yeni istiqamətləri müəyyənləşdirmək məqsədi daşıyır", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, diplomatik məsləhətləşmələr Xarici İşlər nazirlikləri xətti ilə davam etdirilir. Bu ilin aprel ayında keçirilmiş sonuncu siyasi məsləhətləşmələr ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın gücləndirilməsi istiqamətində konkret addımların atılmasına şərait yaradıb. Eyni zamanda hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti qanunverici səviyyədə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və Vyetnam beynəlxalq arenada da fəal əməkdaşlıq edir. Hər iki ölkə Qoşulmama Hərəkatı və BMT çərçivəsində bir-birini dəstəkləyir, çoxtərəfli diplomatik platformalarda ortaq maraqları qoruyurlar. Bu əməkdaşlıq, xüsusilə qlobal təhlükəsizlik, davamlı inkişaf və iqlim dəyişikliyi kimi məsələlərdə ortaq mövqelərin formalaşmasına töhfə verir.

Deputat vurğulayıb ki, ikitərəfli ticarət əlaqələri artan dinamika nümayiş etdirir: 2024-cü ildə Azərbaycan və Vyetnam arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları təşkil edib. Bu rəqəm tərəflər arasında mövcud potensialı əks etdirməklə yanaşı, gələcəkdə daha yüksək göstəricilərə nail olmaq üçün geniş imkanların olduğunu göstərir. Azərbaycan tərəfi Vyetnamla iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. İki ölkə arasında kənd təsərrüfatı, sənaye, enerji, nəqliyyat və logistika kimi sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi üçün real imkanlar mövcuddur. Bir çox sahələrdə olduğu kimi, Vyetnamla Azərbaycan neft sahəsində də əməkdaşlıq edir və bu əməkdaşlıq möhkəm tarixi təmələ əsaslanır. Çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında çox böyük rol oynayıblar. Hələ 2019-cu ildə Vyetnamın "Binh Son Refinery and Petrochemical Company" şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb". 

P.Vəliyeva qeyd edib ki, ölkələrimiz həmçinin turizm istiqamətində də əlaqələrin möhkəmlənməsinə xüsusi yer verir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Qeyd edilənlərlə yanaşı, hər iki ölkənin müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı ölkələrimiz üçün qarşılıqlı maraq doğuran sahələrdir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!