15 Dekabr 2021 10:00
738
SİYASƏT
A- A+
Azərbaycan və Türkiyənin diaspor təşkilatları Vyanada bir araya gəliblər

Azərbaycan və Türkiyənin diaspor təşkilatları Vyanada bir araya gəliblər

 

Dekabrın 14-də Vyanada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı Səfirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili, Əminə Ağazadə və Elnur Allahverdiyev, Türkiyə Böyük Millət Məclisinin üzvü Muhammed Fatih Toprak, Türkiyənin Avstriyadakı səfiri Ceyhun Ozan, bu ölkədəki Azərbaycan və Avstriya diasporunun fəalları iştirak ediblər.

Tədbirdə Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bildirib ki, xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Gününü kimi böyük təntənə və qürur hissi ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir.

Qeyd edilib ki, bu bayramın bünövrəsi hələ 1991-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfir bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2001-ci ildən bu günə kimi dünya azərbaycanlılarının 4 qurultayı keçirilmişdir ki, bu qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Avstriyada yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə bugünkü tədbirin, görüşlərin keçirilməsinin xüsusi əhəmiyyəti var.

Daha sonra diqqətə çatdırılıb ki, dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycanla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, Ermənistanın təcavüzünün qarşısının alınmasında qətiyyət nümayiş etdirirdilər.

Xüsusilə vurğulanıb ki, Azərbaycan diaspor təşkilatları qardaş türk xalqının diaspora təşkilatları ilə səmərəli əməkdaşlıq qurublar. Ulu öndər Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” sözləri özünü İkinci Qarabağ müharibəsi zamanı xüsusən açıq şəkildə göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsi zamanı əldə edilən zəfər bölgədə yeni reallıqlar yaradıb və bu yeni vəziyyət qarşımızda yeni imkanlar, eyni zamanda yeni vəzifələr qoyur.

Azərbaycan Milli Məclisinin deputatı, Avstriya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Tahir Mirkişili çıxışında türk dünyasının Avropa və Çin arasında strateji yer tutduğunu, yeni kommunikasiya və enerji layihələrində mühüm rol oynama imkanına sahib olduğunu bildirib. Qeyd edilib ki, çoxmərkəzli və çoxqütblü yeni dünya düzənində türk ölkələri arasında əməkdaşlıq daha da güclənməli və diaspor da bu işə öz töhfəsini verməlidir.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Avstriya dostluq qrupunun sədri Muhammed Fatih Toprak çıxışında Azərbaycan və Türkiyənin sadəcə dost və qonşu ölkə olmadıqlarnı, ortaq soykökə bağlı qardaş xalqlar olduqlarını diqqətə çatdırıb. Bildirilib ki, iki ölkə arasında əlaqələrin səviyyəsi ürəkaçan olsa da, mövcud potensial bu əlaqələri daha da inkişaf etdirməyə və xalqlarımızı daha dərin bağlarla yaxınlaşdırmağa imkan verir.

Türkiyənin Avstriyadakı səfiri Ceyhun Ozan çıxışında ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün iki ölkə arasında qardaşlığın rəmzinə çevrilmiş kəlamlarını yada salaraq, b gün hər iki ölkənin dövlət başçılarının da iki qardaş dövlət arasında strateji əməkdaşlığın inkişafı üçün səylə çalışdıqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi dəstəyi, bu il Türkiyədə baş verən meşə yanğınlarında Azərbaycanın qardaş yardımı bu dostluq və qardaşlığın bariz nümunələridir.

Çıxışlar zamanı həmçinin dünyada islamafobiya, ayrı-seçkiliyin artması, bu çağırışlara qarşı həm Azərbaycan, həm Türkiyənin mədəniyyətlər və dinlərarasında dialoqun və tolerantlığın təşviq edilməsi vasitəsilə mübarizə aparması qeyd olunub. Eyni zamanda diaspor fəaliyyətində türk dilli dövlətlərin mədəniyyətinin təbliği də diqqət mərkəzində dayanmasının vacibliyi də vurğulanıb. Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü və orada qəbul olunan qərarlardan bəhs olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri İsmayıl Ənsərli və Vyana Universitetinin doktorantı Aytən Əliyeva Azərbaycanda diaspor quruculuğu, komitənin yarandığı gündən indiyədək keçdiyi inkişaf yolu, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlər barədə təqdimatla çıxış ediblər.

Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, Avstriya- Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyinin sədri Yardım Günəş və Avstriya Azərbaycanlıları Assosiasiyasının sədri Rüfət Həsənov çıxışlarında rəhbərlik etdikləri təşkilatların fəaliyyəti, qarşıda duran vəzifələr, türk diaspor təşkilatları, eləcə də yerli qurumlarla əməkdaşlıq imkanları barədə danışıblar.

Tədbirdə Avstriyadakı türk diaspor təşkilatlarının rəhbərləri də çıxış ediblər, sonra birgə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!