01 Avqust 2026 10:59
223
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəliblər

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəliblər

İstanbul şəhərində Azərbaycan ilə Türkiyə arasında “Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə energetika naziri Pərviz Şahbazovla bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında görüş keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında strateji enerji tərəfdaşlığının bütün istiqamətlər üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının siyasi iradəsi və dəstəyinin Bakı-Tbilisi-Ceyhan, TANAP kimi mühüm layihələrə bənzər layihələrin elektrik enerjisi sahəsində də reallaşmasında həlledici rol oynadığı vurğulanıb.

Azərbaycan (Naxçıvan)-Türkiyə enerji interkonnektoru üzrə Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) tərəfindən aparılan araşdırmaların nəticələri nəzərdən keçirilib. Naxçıvandan Türkiyəyə ilkin mərhələdə 1 giqavat həcmində elektrik enerjisi ötürülməsinin perspektivli olduğu bildirilib. Layihənin gələcəkdə yalnız Azərbaycandakı mənbələrdən deyil, Mərkəzi Asiyadan da Türkiyəyə elektrik enerjisinin nəqlinə imkan yaradacağı qeyd edilib. Azərbaycan və Türkiyədən olan investorların layihədə iştirakı perspektivləri dəyərləndirilib.

Həmçinin “Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsi” üzrə müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, texniki-iqtisadi əsaslandırma, Birgə Müəssisənin yaradılması kimi məsələlər müzakirə edilib. Layihənin icrasının sürətləndirilməsi razılaşdırılıb. Bundan başqa, “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin səmərəli olması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın nəticələri barədə məlumat verilib və layihə üzrə Türkiyə ilə əməkdaşlıq imkanları dəyərləndirilib.

Söhbət zamanı Türkiyənin COP31-ə ev sahibliyi, “Azərbaycan-Türkiyə Enerji Forumu”nun növbəti iclası çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir 

15:19
01 Avqust

UEFA FIFA rəhbərliyinə qarşı: İnfantino verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi  

15:12
01 Avqust

Dunayda “kabus körpü” yenidən üzə çıxıb  

15:07
01 Avqust

Günay Əfəndiyeva: Ana dilində düşünmək, yazmaq və yaratmaq milli intellektual müstəqilliyin əsas şərtidir  

15:02
01 Avqust

Ağdam ayaqqabı fabriki regionun sosial-iqtisadi inkişafına töhfə verir

14:40
01 Avqust

Nəriman Əliməmməd oğlu Həsənzadə  

14:35
01 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

14:12
01 Avqust

Sabahın hava proqnozu açıqlanıb

14:11
01 Avqust

Ukrayna xarici işlər naziri Kiyevə hücumdan sonra müttəfiqlərə təcili müraciət ünvanlayıb

14:09
01 Avqust

Xalq şairi Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn ediləcək

14:07
01 Avqust

Kiyevə kütləvi hava zərbələri nəticəsində 18 yaşayış binası dağılıb

14:06
01 Avqust

Azərbaycan neftinin qiyməti 101 dollar olub

14:05
01 Avqust

İspaniyanın Seuta ərazisinə keçən on minlərlə miqrant könüllü olaraq Mərakeşə qayıdıb

14:04
01 Avqust

Bosniya və Herseqovina və Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

14:02
01 Avqust

İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri cənab Qi Parmölənə

14:01
01 Avqust

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı

13:39
01 Avqust

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb

12:58
01 Avqust

Türkiyədə Prezident Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

12:33
01 Avqust

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəliblər

10:59
01 Avqust

Yol polisindən sürücülərə və piyadalara çağırış

10:57
01 Avqust

29 il əvvəl başlanan inkişaf yolu Azərbaycanı uğurlu idman ölkəsinə çevirdi

10:44
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!