“Azərbaycan Uşaq Qaynar xətti” 2021-ci ilə olan hesabatı təqdim edib
“Azercell”in dəstəyilə fəaliyyət göstərən xidmətə ötən il 5300-ə yaxın müraciət daxil olub
On bir ildən artıqdır ki, “Azercell Telekom” MMC-nin, UNICEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar xətti” (AUQX) xidməti yarandığı gündən müxtəlif problemlərlə üzləşmiş uşaqlara kömək edir. Qeyd edək ki, bu illər ərzində xidmətə 53000-dən çox müraciət daxil olub.
Bu müddət ərzində qurulan uğurlu əməkdaşlığın indiki səviyyəsini müzakirə etmək və gələcək konturlarını müəyyənləşdirmək məqsədilə “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət Departamentinin direktoru Sona Abbasova, şirkətin Media ilə əlaqələr üzrə direktoru Nigar Şıxlinskaya və digər nümayəndələri ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova və sədri Nabil Seyidov arasında görüş keçirilib. Görüşdə gələcək planlar müzakirə olunub, daha fərqli istiqamətlərdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Sonda “Azercell Telekom” MMC “Azərbaycan Uşaq Qaynar xətti” xidmətini dəstəkləməklə uşaqların hüquqlarının qorunmasında uzunmüddətli töhfəyə və əməkdaşlığa görə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən Fəxri fərmanla təltif olunub.
“Azərbaycan Uşaq Qaynar xətti” xidmətinin təqdim etdiyi hesabata əsasən, mərkəzə 2021-ci il ərzində müxtəlif sahələri əhatə edən problemlərin həlli ilə bağlı 5300-ə yaxın zəng edilib. Bunlardan 1471-i təhsil, 1036-sı hüquqi, 822-si psixoloji, 606-sı səhiyyə, 501-i sosial və digər məsələlərlə bağlı olub. Müraciət edənlərə, əsasən, telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac olduqda isə fərdi və qrup terapiyaları həyata keçirilib. Həmçinin ailələrdə psixoloji və fiziki zorakılıq halları ilə bağlı 414 müraciət daxil olub. Bu müraciətlərin hər biri ilə əlaqədar ailələrlə iş aparılıb, hüquqi məsləhətlər verilib.
İl ərzində “Qaynar xəttə” daxil olmuş müraciətlərin araşdırılması və müvafiq yardımların göstərilməsi məqsədilə mərkəz tərəfindən müxtəlif təşkilatlara 364 məktub ünvanlanıb. Bəzi müraciətlərin ətraflı araşdırılması məqsədilə 81 ailə mərkəzə dəvət olunub, onların uşaqları ilə 263 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Daxil olan müraciətlərə, əsasən, bir sıra ailə və məktəblərə təcili və təxirəsalınmaz səfərlər təşkil edilib.
Qeyd edək ki, “Azərbaycan Uşaq Qaynar xətti” xidmətinin fəaliyyəti yalnız zənglərin cavablandırılması ilə bitmir. Eyni zamanda hər il əhalinin məlumatlılığının artırılması, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin edilməsi məqsədilə “Qaynar xətt” xidmətinin əməkdaşları tərəfindən müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir. Ümumilikdə 2021-ci il ərzində maarifləndirmə tədbirlərinə 1500-dən çox uşaq cəlb olunub.
“Uşaq Qaynar xətti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçtu, “Feysbuk” və “İnstaqram” sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedevdən
25 May
Parlamentdə 2021-ci il dövlət büdcəsinin icrası müzakirə ediləcək
25 May
Mikayıl Cabbarov: Davos Dünya İqtisadi Forumu çərçivəsində təhlükəsiz və dayanıqlı enerji sisteminə ...
25 May
Səbinə Əliyeva: Ümid edirik ki, türk dövlətləri ombudsmanları Şuşada gördükləri dağıntılar barədə dü...
25 May
Bu gün Azərbaycanda COVID-19 əleyhinə 2974 doza vaksin vurulub
25 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
25 May
Nazir müavini Şamaxı rayonunda vətəndaşlarla görüşüb
25 May
İran sərhədinə doğru yeni yolun və sərhəddə körpünün tikintisi davam etdirilir VİDEO ...
25 May
Volfqanq Maniq: Şuşa Almaniya şəhərlərindən biri ilə qardaşlaşa bilər
25 May
Səlcuq Bayraqdar: “TEKNOFEST” Ukrayna, İndoneziya, Özbəkistan kimi ölkələrdə də keçiriləcək ...
25 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!