31 May 2025 10:40
723
SİYASƏT
A- A+
Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının və strateji birliyinin təcəssümü

Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının və strateji birliyinin təcəssümü

Bu günlərdə Laçında keçirilən tədbirlər Azərbaycanın müasir tarixində həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyan hadisələr kimi yadda qaldı. Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesinin konkret nəticələri fonunda reallaşan görüşlər regionda yaranmış yeni geosiyasi reallıqların təsdiqi nöqteyi-nəzərindən xüsusi önəm kəsb edir. Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin bir araya gəlməsi isə üç qardaş ölkə arasında möhkəm dostluq, ortaq tarix və mənəvi birliyin təzahürü kimi səciyyələnir.

Uzun illər işğal altında qalan Laçın ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı haqlı və ədalətli mübarizənin nəticəsində azad edilib. Burada keçirilən tədbirlər və dost ölkələrin liderlərinin iştirakı göstərdi ki, xalqımız bu torpaqlara siyasi-iqtisadi və mədəni müstəvidə tam və qətiyyətli şəkildə qayıdır. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər azad edilmiş ərazilərin artıq dövlət suverenliyinin rəmzinə çevrildiyini bir daha təsdiqləyir.

Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən üçtərəfli Zirvə görüşü beynəlxalq münasibətlər sistemində yeni və unikal tərəfdaşlıq modelinin formalaşdığını nümayiş etdirir. Bu formatda keçirilən görüş ortaq tarixi köklərə, ümumi dəyərlərə və strateji maraqlara əsaslanan üç qardaş ölkənin sarsılmaz həmrəyliyini və çoxtərəfli əməkdaşlığa sadiqliyini açıq şəkildə ortaya qoyur. Bu görüş ölkəmizin suveren ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinə verilən yüksək səviyyəli dəstəyin göstəricisi olmaqla yanaşı, üç dövlət arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın artıq konkret nəticələr doğurduğunu da sübut edir. Dövlətimizin başçısı bildirib ki, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır: “Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək”.

Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan Böyük Qayıdış proqramı çərçivəsində sosial-iqtisadi dirçəliş, müasir infrastrukturun qurulması, milli-mədəni irsin bərpası və davamlı strateji inkişaf uğurla həyata keçirilir. Ağıllı kənd layihələri, müasir yol və enerji infrastrukturu, təhsil və səhiyyə müəssisələrinin tikintisi, məşğulluq imkanlarının yaradılması və əhalinin məskunlaşması bu ərazilərdə yeni həyatın başlanğıcını ifadə edir.

Azərbaycan uzun illər beynəlxalq müstəvidə ədalətsizlik və ikili standartlarla üzləşsə də, heç zaman öz haqlı mövqeyindən geri çəkilməyib. Dövlətin qətiyyətli siyasəti, xalqın nümayiş etdirdiyi sarsılmaz milli həmrəylik, güclü iqtisadi əsaslar və müasir hərbi potensial ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıb. Bu uğur təkcə hərbi qələbə deyil, həm də siyasi iradənin, strateji dözümlülüyün və beynəlxalq hüquqa söykənən prinsipial mövqeyin təntənəsidir.

Azərbaycan ərazi bütövlüyü uğrunda apardığı mübarizədə daim Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyini hiss edib. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə bu ölkələrin açıq və prinsipial mövqeləri, dövlətimizin ədalətli mövqeyinə dəstək vermələri qlobal ictimai rəyə ciddi təsir göstərmişdir. Bu dostluq postmünaqişə dövründə də davam edir, mənəvi cəhətdən xalqımıza verilmiş yüksək dəyər kimi qəbul olunur. Bu, regionda tərəfdaşlığa əsaslanan sülh modelinin yaradılması baxımından nümunəvi yanaşmadır.

Laçında keçirilən görüşlər bir daha sübut edir ki, Azərbaycan, Türkiyə və Pakistan regional və qlobal çağırışlara qarşı birgə cavab verməyə, möhkəm siyasi iradə və ortaq strateji baxış əsasında hərəkət etməyə qadirdirlər. Gələcəkdə bu üç ölkə arasında müdafiə sənayesi, enerji, nəqliyyat, texnologiyalar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı istiqamətində irimiqyaslı layihələr icra ediləcək. Bu əməkdaşlıq modeli, eyni zamanda İslam dünyasında inteqrasiya və qarşılıqlı həmrəyliyin gücləndirilməsi baxımından mühüm bir platforma kimi çıxış edir. Dövlətlərarası münasibətlərdə yüksək etimad və koordinasiya mövcuddur və bu, gələcək layihələrin uğurla reallaşmasına zəmin yaradır. Prezident İlham Əliyev qeyd edib ki, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır: “Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik”.

Laçın Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunu artıran, dost və tərəfdaş ölkələrlə münasibətləri daha da möhkəmləndirən, regionda sülh və əməkdaşlıq imkanlarını genişləndirən mühüm hadisə kimi tarixə düşdü. Bu görüş, eyni zamanda üç qardaş ölkənin strateji birliyinin növbəti təntənəsinə çevrildi.


Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!