Azərbaycan-Türkiyə birliyi dünyaya nümunədir
Sentyabrın 2-də Milli Məclisdə Aqrar siyasət və Regional məsələlər komitələrinin üzvləri Türkiyə Bələdiyyələr Birliyinin xətti ilə ölkəmizə səfərə gələn Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qonaqları salamlayaraq ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, gündən-günə genişlənən əməkdaşlıq əlaqələrindən söz açıb. Ötən payız 44 günlük Vətən müharibəsi dövründə Türkiyə xalqının və dövlətinin ölkəmizə verdiyi mənəvi-siyasi dəstəyin Azərbaycanda çox yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi dünyaya nümunədir.
Görüşdə nümayəndə heyətinin başçısı, Türkiyə Tarixi Şəhərlər İttifaqının və Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör səfərin məramını açıqlayıb. Bildirib ki, məqsəd yerli özünüidarə sahəsində təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı dərinləşdirmək və mövcud perspektivləri müzakirə etməkdir.
Hayrettin Güngör Türkiyədə yerli özünüidarə qurumlarının təcrübəsindən də söz açıb, əməkdaşlığa dair bir sıra təkliflərini deputatların nəzərinə çatdırıb.
Sonra Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev avqustun sonlarında Ankarada keçirilmiş şəhər bələdiyyələrinin tədbirində iştirakları barədə məlumat verib. Türkiyə təcrübəsinin öyrənilib ölkəmizdə tətbiq edilməsi istiqamətində atılan addımlardan danışıb.
Görüşdə Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Azər Badamov və Kamran Bayramov ölkələrimizin bələdiyyələri arasında əməkdaşlığı yüksək səviyyəyə çatdırmağın vacibliyindən danışıblar. Vaxtaşırı həyata keçirilən təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu qeyd ediblər. Soydaşlarımız işğaldan azad olunmuş torpaqlara qayıtdıqca o bölgələrdə bələdiyyə institutunun inkişafında Türkiyə bələdiyyələrinin mühüm rol oynaya biləcəyini vurğulayıblar.
Nümayəndə heyətinin üzvlərindən Şırnak bələdiyyəsinin sədri Mehmet Yarka və Yozqat bələdiyyəsinin sədri Celal Köşe Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən qürur duyduqlarını vurğulayaraq bələdiyyələr arasındakı əməkdaşlığın səmərəli olacağına inamlarını ifadə ediblər.
Söhbət zamanı Tahir Rzayev qonaqlara Milli Məclisin strukturu, ölkəmizdə bələdiyyə institutunun təşəkkülü və inkişaf tarixi, yerli özünüidarəetmə qurumlarına dair qanun yaradıcılığı, dövlətin bələdiyyələrə qayğısı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın işi və digər məsələlər barədə ətraflı məlumat verib.
Geniş fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclisin deputatları Aydın Hüseynov, Emin Hacıyev və Səbinə Xasayeva, Türkiyə Bələdiyyələr Birliyi Baş katibinin müavini Kayhan Özüm və qurumun əməkdaşı Yunus Biçer, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak ediblər.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!