22 İyun 2023 14:05
2327
CƏMİYYƏT
A- A+
Azərbaycan tarixşünaslıq elminin əsasını qoyan mütəfəkkir alim  Abbasqulu ağa  Bakıxanov

Azərbaycan tarixşünaslıq elminin əsasını qoyan mütəfəkkir alim  Abbasqulu ağa  Bakıxanov

 

Bir çox məşhur əsərlərin müəllifi, Azərbaycanın ilk tarixçi alimi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə tarixşünaslıq elmimizin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə o, Azərbaycan, ərəb və fars dillərində şeirlər yazmışdır. 1835-ci ildə Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin təşkilatçılarından biri olmuşdur.

1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.

Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakıda, Əmircan kəndində (köhnə adı Xilə)  Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olmuşdur. Səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmməl öyrənmişdir.

1819-cu ildə o, general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsində 26 il işləmişdir. Bu illər ərzində A. Bakıxanov A. S. Qriboyedov, F. Bodenştedt, Fazil xan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq etmişdir. O, 1827-ci ildə Cənubi Azərbaycanda olmuş, 1833–1834-cü illərdə Varşavada və Peterburqda yaşamış, rus şairi A. S. Puşkinin ailəsi ilə tanış olmuşdur. 1835-ci ildə Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı "Gülüstan" adlı ədəbi məclis yaratmışdır.

Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli alim olduğunu göstərirdi. O, həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini "Təhzibül-əxlaq" əsərində qələmə almışdır.

Abbasqulu ağa Bakıxanov çoxcəhətli bədii yaradıcılığa malikdir. Bədii əsərləri arasında "Riyazül-Qüds", "Mişkatül-ənvar" adlı poeması, "Qüdsi" təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şeirləri, mənzum hekayələri, təmsilləri öz əksini tapmışdır.

Alimin ən dəyərli əsəri isə uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş "Gülüstani-İrəm"dir. Bu əsərlə o eyni zamanda Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən "Gülüstani-İrəm" faktlarla zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə etmişdir.

"Gülüstani-İrəm" əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, "Gülüstan" adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edir.

A.Bakıxanov dövrünün ən yaxşı bibliofillərindən idi. Onun zəngin kitabxanası olmuşdur. XIX əsrin 40-cı illərində bir neçə gün A. Bakıxanovun qonağı olmuş professor İ. Berezin onun çap kitablarından və əlyazmalarından ibarət kitabxanası ilə tanış olmuş və özünün "Dağıstana və Zaqafqaziyaya səyahət" əsərində həmin kitabların siyahısını vermişdir. 270 nüsxədən ibarət qiymətli əlyazmalarını əhatə edən bu kitabxanada Ənvəri, Cami, Savəci, Dövlətşah Səmərqəndi və başqa Şərq klassikləri ilə birlikdə Nizami, Saib Təbrizi, İsgəndər bəy Münşi kimi azərbaycanlı müəlliflərin də əsərləri olmuşdur. İran-Rusiya müharibələri zamanı A. Bakıxanov İranda diplomatik xidmətdə olmuş, 1828-ci ildə Ərdəbildə məşhur Şeyx Səfi kitabxanasında tədqiqat aparmışdı. Bu kitabxana sonralar məşhur "Ağıldan bəla" komediyasının müəllifi A. S. Qriboyedovun "təşəbbüsü" ilə Tiflisə köçürülmüş, burada Bakıxanov onunla birlikdə həmin əlyazmalar üzərində böyük iş aparmış və onların kataloqunu tərtib etmişdi.

A.Bakıxanov III dərəcəli Müqəddəs Anna ordeni, IV dərəcəli Müqəddəs Vladimir ordeni, İmperator taclı II Müqəddəs Anna ordeni, III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilmişdir. 1829-cu ildə almaz və briliantla bəzədilmiş I dərəcəli "Günəş və Şir" ordeninə layiq görülmüşdür.

Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat etmişdir və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunmuşdur.

İ. ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqlim dəyişikliyi antibiotiklərin təsirini azaldır

18:52
28 Aprel

Peyklər Yerin gecə həyatındakı dəyişikliyi qeydə alıb

18:43
28 Aprel

Genlər ömrün uzunluğuna düşündüyümüzdən daha çox təsir edir

18:39
28 Aprel

Uşaqların diş qoruyucuları xəstəlik mənbəyi ola bilər

18:27
28 Aprel

Baş prokuror Mərakeşdə işgüzar səfərdədir

18:26
28 Aprel

Tramp: İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir

18:25
28 Aprel

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

18:23
28 Aprel

Moskvada Azərbaycan və Rusiya rəsmilərinin görüşü olub

18:21
28 Aprel

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək  

18:20
28 Aprel

bp-nin mənfəəti 129 faizədək artıb

18:17
28 Aprel

Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar  

18:13
28 Aprel

Rusiya Qızıl Xaç Cəmiyyəti İrana 5 ton humanitar yardım göndərib

18:13
28 Aprel

Türkiyə-Ermənistan Birgə İşçi Qrupu Qars-Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıb  

18:08
28 Aprel

Çin “Meta”nın 2 milyardlıq müqaviləsini ləğv etdi

18:07
28 Aprel

Britaniya Kralı 30 ildən sonra ABŞ Konqresində çıxış edəcək

17:57
28 Aprel

Britaniya Kralı 30 ildən sonra ABŞ Konqresində çıxış edəcək

17:45
28 Aprel

Braziliyada “Azərbaycan Mədəniyyət Günü”  

17:29
28 Aprel

Gürcüstan patriarxı vəzifəsinə namizədlər müəyyənləşib

17:21
28 Aprel

İran neftinin tədarükü üçün alternativ yollar axtarılır

17:15
28 Aprel

İş yeri və insan: psixososial risklərə qarşı yeni yanaşmalar

17:02
28 Aprel

Qastronomiyanın rəngarəng səhnəsi: Şuşada dad və mədəniyyət günü

16:41
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!