Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Reinteqrasiya İlham Əliyevin regionda formalaşdırdığı yeni reallığın tərkib hissəsidir
"Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir".
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında İlham Əliyev bir daha Azərbaycanın konkret mövqeyini dünyaya bəyan etdi.
Bütün dövrlərdə sülhün tərəfdarı olan Azərbaycan bu gün də qalib ölkə olmasına baxmayaraq, məğlub Ermənistana barış təklif edir. Eyni zamanda Qarabağın erməni sakinlərinə bu torpaqlarda qalıb yaşamaları üçün təkliflər edib. Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində keçirilən görüşlərdə Azərbaycanın reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, reinteqrasiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ölkə Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilə bilər.
Bəs Azərbaycanın təqdim etdiyi şərtlərdə nələr nəzərdə tutulur?
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında qeyd edilir ki, ilk növbədə etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.
Hüquqi və idarəetmə sahəsinə gəlincə, erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir və sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilərlər.
Azərbaycan qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır. Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçiriləcək. Azərbaycanın daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edəcək və sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilərlər.
Sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılacaq.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunacaq. Milli valyutamızın tam tədavülə keçməsi təmin ediləcək.
Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçiriləcək və ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunacaq. Fermerlərə subsidiyalar veriləcək və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad ediləcəklər. Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənəcək.
Sosial sahəyə gəlincə, sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunacaq. Onlara Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil ediləcək. Sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanacaq, onların öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüquqları təmin ediləcək.
Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunacaq və erməni dilinin istifadəsinə imkan yaradılacaq.
Göründüyü kimi, reinteqrasiya artıq ölkəmizin gələcək inkişafı ilə bağlı olan bütün konsepsiyalarda, eləcə də konkret sahələrin inkişaf strategiyalarında öz əksini tapacaq.
Onu da vurğulamalıyıq ki, artıq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin olunması və dövlətin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrup yaradılıb.
İlkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması üçün zəruri tədbirlər görülür. Ermənilərin Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərinin yerində qəbul edilməsi və bununla əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərirlər. Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş "polis" binasında aparılır.
Həmçinin ilkin qeydiyyata dair müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal (reintegration.gov.az) vasitəsilə elektron həyata keçirilir.
Əminliklə deyə bilərik ki, dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.
Bu isə onu deməyə əsas verir ki, Azərbaycan hökuməti məsələ ilə bağlı bütün bürokratik əngəlləri aradan qaldırıb və hər zamankı kimi üzərinə götürdüyü öhdəliyi uğurla icra edir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Zəfər abidəsi gənclərin gözü ilə
Laçın - Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı
Ağstafalılar Vətənimizin keşiyində dayanan əsgərlərə məktub ünvanlamışlar
Şəhid Nicatın xatirəsi məzarı başında anıldı
Susdurulan sonuncu hədəf
Kəndlinin etibarlı çətiri
Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin xidmətindən indiyədək 1000-dən çox azyaşlı yararlanıb
Biləsuvarda da pambıq yığımına başlanılıb
Neftçalanın 11 yaşayış məntəqəsinin əhalisi yol sarıdan rahatlığa çıxdı
Şirvanda Vətən müharibəsi şəhidinin anım günü qeyd edilib
Ağcabədinin ağ boğçası
Azərbaycanda "yaşıl memarlıq" erası başlayır
COP29 yaxınlaşır, təzyiqlər artır
Haqlı və güclü olan Azərbaycandır
Məkrli oyunların arxasında ABŞ və Fransa var
Azərbaycana təzyiq etmək əbəsdir
İlham ƏLİYEV: "Bizi heç kim dayandıra bilməz"
Azərbaycan hibrid təhdidlərə qarşı savaşa başlayır
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun tabeliyindəki idarələrə tələb olunan avtoşinlərin satın alınması məqsədilə MÜSABİQƏ ELAN EDİR
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!