Azərbaycan Sahibkarlar Konfederasiyası Niderland Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
25 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanla görüşüb. Onlayn platforma üzərindən reallaşdırılan görüş Azərbaycan-Niderland iqtisadi əlaqələri və onun genişləndirilməsi mövzusuna həsr olunub.
Konfederasiyanın prezidenti qonağı salamlayaraq xanım Paulin Eizemana Azərbaycanda səfir kimi fəaliyyətinə uğurlar arzulayıb. M.Musayev Niderland-Azərbaycan münasibətlərindən danışarkən Prezident cənab İlham Əliyev ilə Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene van der Linden arasında mövcud olan dostluqdan, bu dostluğun Niderland-Azərbaycan münasibətlərinə müsbət təsirini xüsusilə qeyd edib.
“Azərbaycanla Niderland arasında ticarət əlaqələri mövcuddur, lakin hesab edirəm ki, istənilən səviyyədə deyil və birgə əməkdaşlığımız nəticəsində daha yüksək nəticələr əldə edə bilərik” deyə M.Musayev bildirib. Onun sözlərinə görə, Niderland Krallığı dəniz sahilindədir, aqrar ölkədir. Azərbaycan da aqrar sahədə böyük potensiala malik ölkədir və bir-birimizdən öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda irriqasiya və digər sahələrdə əməkdaşlıq imkanları da genişdir.
Səfir Paulin Eizeman “2020-ci il Azərbaycan üçün uğurlu oldu, torpaqlarınızı işğaldan azad etdiniz. Ümid edirəm ki, əlaqələrimiz daha da genişlənəcək. Azad olunmuş torpaqlarda yenidənqurma işlərində yaxından iştirak etməyə çalışacağıq” deyərək bir neçə sahə üzrə işbirliyi imkanlarına toxunub. Səfir kənd təsərrüfatı, su təsərrüfatı, irriqasiya sistemləri, şəhərsalma üzrə Niderland şirkətlərinin Azərbaycanda çalışması perspektivlərindən söz açıb.
M.Musayev səsləndirdiyi təkliflərə görə səfirə təşəkkür edərək gələcəkdə ölkəmizdə Nidarland Ticarət Evinin açılması ilə bağlı təklifləri dəstəklədiyini, eyni zamanda Niderlandda Azərbaycan ticarət evinin açılmasının məhsulların tanıdılması baxımından müsbət rol oynayacağını vurğulayaraq, bununla bağlı Sahibkarlar Konfederasiyası olaraq Azərbaycan Hökuməti qarşısında məsələ qaldırmağa hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə əməkdaşlıq imkanları ilə bağlı proqramın hazırlanması qərara alınıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!