“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 7, maddə 486, № 9, maddə 1044; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251,
№ 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 565, №5, maddə 809) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissədə “572” rəqəmləri “640” rəqəmləri ilə əvəz edilsin.
2. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə” üzrə:
2.1. 1.1-ci bəndin ikinci cümləsində:
2.1.1. “ASAN xidmət” sözlərindən sonra “və “ASAN Kommunal” sözləri əlavə edilsin;
2.1.2. “dövlət orqanlarının” sözləri birinci halda “mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra - dövlət qurumları)” sözləri ilə, ikinci halda “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin;
2.2. 2.1.1-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.7-ci, 3.1.1-ci, 3.1.4-cü, 3.1.6-cı, 3.1.10-cu, 3.1.10.1-ci, 3.1.10.3-cü (hər iki halda), 3.1.10.4-cü, 3.1.10.5-ci (hər iki halda), 3.1.11-ci, 3.1.12-ci, 3.1.13-cü, 4.1.2-ci, 4.1.3-cü (hər iki halda), 4.1.6-cı, 4.1.7-ci (hər iki halda), 4.1.8-ci və 5.5.12-ci yarımbəndlərdə ismin müvafiq hallarında “dövlət orqanları” sözləri ismin müvafiq hallarında “dövlət qurumları” sözləri ilə əvəz edilsin;
2.3. 2.1.6-cı yarımbənddə “dövlət orqanları” sözləri “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, dövlət xidmətlərinin qiymətləndirilməsini həyata keçirir, habelə dövlət qurumları” sözləri ilə əvəz edilsin;
2.4. 3.1.5-ci yarımbənddə “orqanlara” sözü “dövlət qurumlarına” sözləri ilə əvəz edilsin;
2.5. 3.1.10.1-ci yarımbənddə “orqanlarla” sözü “qurumlarla” sözü ilə əvəz edilsin;
2.6. 3.1.12-2-ci yarımbənddə “təmin etmək” sözlərindən sonra “, bu fəaliyyəti dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirdikdə, əldə olunan vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki təminatın yaxşılaşdırılmasına yönəldilməsi üçün Dövlət Agentliyinin xüsusi hesabına köçürülən hissəsini müəyyənləşdirmək” sözləri əlavə edilsin;
2.7. 3.1.21-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.22-ci yarımbənd əlavə edilsin:
“3.1.22. “ABAD” publik hüquqi şəxsə münasibətdə təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirmək.”;
2.8. 4.1.5-ci yarımbənddə “orqanlarından” sözü “qurumlarından dövlət xidmətlərinin, o cümlədən” sözləri ilə əvəz edilsin və “baxış” sözündən sonra “və rəy sorğuları” sözləri əlavə edilsin;
2.9. 5.9.3-cü yarımbənddə “dövlət orqanının” sözləri “qurumun” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 avqust 2017-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!