№ 333 Bakı şəhəri, 1 sentyabr 2016-cı il
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 10, maddə 866; 2006, N 3, maddə 303, N 5, maddələr 463, 468, N 8, maddə 731, N 9, maddə 822, N 11, maddə 994; 2007, N 1, maddə 50, N 10, maddə 1021, N 12, maddələr 1343, 1352; 2008, N 2, maddə 130, N 4, maddə 308, N 10, maddə 936; 2009, N 1, maddələr 22, 32, N 2, maddələr 144, 150, N 9, maddələr 736, 753; 2010, N 4, maddə 369, N 11, maddə 1048; 2011, N 1, maddə 66, N 4, maddə 365; 2012, N 9, maddə 934; 2013, N 8, maddə 1000, N 10, maddə 1202; 2014, N 1, maddələr 59, 69, N 2, maddə 201, N 5, maddə 557, N 6, maddələr 745, 747, N 9, maddə 1130; 2015, N 2, maddə 227, N 3, maddələr 328, 337, N 6, maddələr 774, 781, N 7, maddə 890, N 11, maddə 1412; 2016, N 3, maddə 595, N 4, maddələr 806, 831, N 5, maddələr 941, 955) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1.4.6.1.0-cı yarımbənddə “küçə (divar) reklamının yerləşdirilməsi və” sözləri “açıq məkanda reklamın” sözləri ilə əvəz edilsin;
2. 1.4.2.2.9.6-cı yarımbənddən “, həmçinin küçə reklamının yerləşdirilməsinə birdəfəlik icazənin verilməsinə görə” sözləri çıxarılsın.
3. 1.1.4.6-cı yarımbənddə “küçə (divar) reklamının yerləşdirilməsi və” sözləri “açıq məkanda reklamın” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri