N 179 Bakı şəhəri, 29 aprel 2016-cı il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda dəyişikliklər edilməsi barədə
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 673 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 6, maddə 381; 2002, N 11, maddə 675; 2004, N 9, maddə 750, N 12, maddə 1077; 2006, N 9, maddə 822; 2007, N 2, maddə 185; 2008, N 5, maddələr 430, 432; 2009, N 9, maddələr 738, 757, N 10, maddə 857; 2014, N 1, maddə 57, N 6, maddə 747; 2015, N 5, maddə 662) ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 6.2-ci bəndin birinci cümləsində, 8.1-ci bəndin “q)” yarımbəndində, 8.2-ci bəndin birinci abzasında (hər iki halda), 8.4-cü bəndin üçüncü abzasının “Qeyd”ində, 8.57-ci bənddə, 8.68-ci bənddə, həmin Qaydalara 22 nömrəli Əlavənin 10-cu hissəsinin “Qeyd”ində (hər üç halda) ismin müvafiq hallarında “qaz cihazları” sözləri ismin müvafiq hallarında “qaz qurğuları” sözləri ilə əvəz edilsin.
2. 6.8-ci bəndin birinci abzasının birinci cümləsində “qaz cihazına” sözləri “qaz qurğusuna” sözləri ilə, ikinci abzasının birinci cümləsində “qaz cihazı” sözləri “qaz qurğusu” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri