Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 313
№ 313 Bakı şəhəri, 23 avqust 2016-cı il
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” 2010-cu il 7 iyun tarixli 107 nömrəli qərarının və bəzi qərarlarının struktur elementlərinin ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanının 7.2-ci, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanının 2.2-ci və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 135-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 9 mart tarixli 1872 nömrəli Sərəncamının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xərclər smetası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 avqust tarixli 131 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 8, maddə 527; 2010, N 7, maddə 709) 2-ci hissəsi ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 10, maddə 866; 2006, N 3, maddə 303, N 5, maddələr 463, 468, N 8, maddə 731, N 9, maddə 822, N 11, maddə 994; 2007, N 1, maddə 50, N 10, maddə 1021, N 12, maddələr 1343, 1352; 2008, N 2, maddə 130, N 4, maddə 308, N 10, maddə 936; 2009, N 1, maddələr 22, 32, N 2, maddələr 144, 150, N 9, maddələr 736, 753; 2010, N 4, maddə 369, N 11, maddə 1048; 2011, N 1, maddə 66, N 4, maddə 365; 2012, N 9, maddə 934; 2013, N 8, maddə 1000, N 10, maddə 1202; 2014, N 1, maddələr 59, 69, N 2, maddə 201, N 5, maddə 557, N 6, maddələr 745, 747, N 9, maddə 1130; 2015, N 2, maddə 227, N 3, maddələr 328, 337, N 6, maddələr 774, 781, N 7, maddə 890, N 11, maddə 1412; 2016, N 3, maddə 595,
N 4, maddələr 806, 831, N 5, maddələr 941, 955) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Büdcə xərclərinin inzibati təsnifatı”nın “İcra hakimiyyəti orqanları” bölməsinin iyirmi üçüncü sətri ləğv edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 8, maddə 861, N 9, maddə 923, N 10, maddə 1021, N 12, maddə 1331; 2009, N 1, maddələr 22, 32, N 2, maddə 150, N 4, maddələr 282, 293, N 8, maddələr 674, 675, 680, N 10, maddələr 846, 852, 856; 2010, N 2, maddələr 146, 161, N 11, maddə 1040; 2011, N 1, maddə 54, N 5, maddə 447, N 9, maddə 855; 2012, N 5, maddə 475, N 8, maddə 817, N 10, maddə 1028, N 11, maddə 1204, N 12, maddələr 1363, 1388; 2013, N 1, maddə 73, N 8, maddələr 1015, 1038, N 10, maddə 1219; 2014, N 1, maddə 69, N 3, maddə 312, N 6, maddə 736, N 7, maddə 918, N 10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə 612, N 6, maddə 799, N 11, maddə 1413; 2016, N 2, II kitab, maddə 381, N 4, maddələr 781, 831; 2016, N 5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 iyul tarixli 262 nömrəli qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 7.5-ci bəndi və 28-ci hissəsi ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 12, maddə 1115; 2009, N 2, maddə 153, N 4, maddə 282, N 7, maddə 605, N 8, maddələr 674, 680, N 10, maddələr 846, 852, 856; 2010, N 1, maddə 60, N 2, maddələr 146, 161, N 10, maddələr 906, 912, N 11, maddə 1040; 2011, N 1, maddə 66, N 5, maddə 446, N 9, maddələr 856, 862; 2012, N 5, maddə 479, N 8, maddə 818, N 10, maddə 1027, N 11, maddə 1205; 2013, N 1, maddə 74, N 8, maddələr 1014, 1037; 2014, N 1, maddə 69, N 3, maddə 313, N 6, maddə 736, N 7, maddə 919, N 10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə 611, N 6, maddə 800, N 11, maddə 1414; 2016, N 1, maddə 171, N 2, II kitab, maddə 382, N 3, maddə 608, N 3, maddə 608, N 4, maddələr 782, 831, N 5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 iyul tarixli 263 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Aparatı” və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti” sözləri çıxarılsın.
5. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 7 iyun tarixli 107 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 6, maddə 552; 2011, N 8, maddə 784) ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!