Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 255
№ 255 Bakı şəhəri, 24 iyun 2016-cı il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
“Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 252 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli 1830 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 3, maddə 257; 2006, N 1, maddə 59; 2007, N 9, maddə 922; 2009, N 10, maddə 846; 2010, N 11, maddə 1039; 2011, N 5, maddə 442; 2013, N 6, maddə 760; 2015, N 9, maddə 1074, N 12, maddə 1595; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 91 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndə “Sərəncamı” sözündən sonra “(bundan sonra - Sərəncam)” sözləri əlavə edilsin.
2. 2.9-cu bənddə “törəmə açıq səhmdar cəmiyyətləri” sözləri “törəmə müəssisələr (cəmiyyətlər)” sözləri ilə əvəz edilsin.
3. 5-ci hissə ləğv edilsin.
4. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:
“6. Cəmiyyətin ali idarəetmə orqanı
6.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.
6.2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər sərəncama uyğun olaraq həll edilir.”.
5. 7-ci hissə üzrə:
5.1. aşağıdakı məzmunda 7.1-1-ci bənd əlavə edilsin:
“7.1-1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və Sərəncamla Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına, Cəmiyyətin Direktorlar Şurasına, habelə bu Nizamnamə ilə Cəmiyyətin sədrinə verilmiş səlahiyyətlər istisna olmaqla, İdarə Heyəti Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.”;
5.2. 7.5.1-7.5.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“7.5.1. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;
7.5.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər verir;
7.5.3. Cəmiyyətin Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;”;
5.3. 7.5.4-7.5.6-cı yarımbəndlər ləğv edilsin;
5.4. 7.5.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.5.8-ci yarımbənd əlavə edilsin:
“7.5.8. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir.”.
6. 8-ci hissə üzrə:
6.1. 8.5-ci bənddə “yığıncağında iştirak edən səsli səhm mülkiyyətçilərinin sadə səs çoxluğu” sözləri “yığıncağının qərarı” sözləri ilə əvəz edilsin;
6.2. 8.7.12.5-ci yarımbəndə “Cəmiyyətin” sözündən sonra “idarələrini,” sözü, “müəssisələrini” sözündən sonra “(cəmiyyətlərini)” sözü əlavə edilsin;
6.3. 8.12-ci bənddə “Səhmdarların ümumi yığıncağının” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri ilə əvəz edilsin.
7. 9.2-ci bənd üzrə:
7.1. 9.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“9.2.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə müəssisələrinin (cəmiyyətlərinin) yaradılması, yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar qəbul edir;”;
7.2. 9.2.3-cü yarımbənddən “və onun” sözləri çıxarılsın;
7.3. 9.2.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“9.2.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Cəmiyyətin sədrinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;”;
7.4. aşağıdakı məzmunda 9.2.6-1-ci və 9.2.6-2-ci yarımbəndlər əlavə edilsin:
“9.2.6-1. sədrin müavinlərinin arasında vəzifə bölgüsü aparır;
9.2.6-2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Cəmiyyətin törəmə müəssisələrinin (cəmiyyətlərinin), habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;”;
7.5. 9.2.16-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“9.2.16. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğvi, törəmə müəssisələrinin (cəmiyyətlərinin) yaradılması, yenidən təşkili və ya ləğvi barədə qərarların icrasını təmin edir.”.
8. 10.2-ci bəndin birinci cümləsində “yığıncaqda iştirak edən səsli səhm mülkiyyətçilərinin sadə səs çoxluğu” sözləri “yığıncağın qərarı” sözləri ilə əvəz edilsin.
9. 11-ci hissə üzrə:
9.1. 11.1-ci bəndin ikinci cümləsində “törəmə cəmiyyətlərindən” sözləri “törəmə müəssisələrindən (cəmiyyətlərindən)” sözləri ilə əvəz edilsin;
9.2. 11.5-ci bənddən “Cəmiyyətin səsli səhmlərinin on faizdən artıq hissəsinə malik olan səhmdarların və” sözləri çıxarılsın.
10. 14-cü hissə üzrə:
10.1. 14.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“14.1. Cəmiyyətin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.”;
10.2. 14.2-14.22-ci bəndlər ləğv edilsin.
11. 14.1-ci bəndin mətnindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu nizamnamədə dəyişikliklər “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 252 nömrəli Sərəncamının 4.2-ci bəndinə uyğun edilə bilər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!