1. Tenderin predmeti: Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) fəaliyyətini təmin edən zəruri server və şəbəkə avadanlıqlarının satınalınması.
2. Tender iştirakçıları https://www.etender.gov.az/ dövlət satınalmaların vahid internet Portalına (Portala) elektron imza vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə etməlidirlər.
3. İddiaçılar, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər (Portal vasitəsilə):
Təşkilati və hüquqi sənədlər bölməsi üzrə sənədlər
3.1. iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq edilmiş);
3.2. qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
3.3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə arayış;
3.4. son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
3.5. iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
3.6. son hesabat ili üçün fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının sürəti;
3.7. iddiaçının mikro, kiçik və ya orta sahibkar olması barədə sənəd (Müvafiq orqan tərəfindən verilən arayış).
İddiaçının ixtisas göstəricilərinə dair sənədlər
3.8. iddiaçının müvafiq sahədə korporativ müştəriləri və son 3 (üç) il üzrə iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla) əks etdirən məlumatlar;
3.9. maliyyə informasiyası (Şərtlər toplusunun 4 nömrəli əlavəsinə uyğun);
3.10. ixtisaslaşma məlumatları (Şərtlər toplusunun 3 nömrəli əlavəsinə uyğun); İddiaçının işçilərinin təcrübəsi və peşəkarlığına dair Əlavə 3-də göstəriləcək məlumatlar əsasında ixtisas uyğunluğu aparılacaqdır. İşçilərinin müvafiq təcrübəsi olmayan iddiaçılar qiymətləndirilmə proseduruna buraxılmayacaqdır.
3.11. müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxsin olmaması (Müvafiq orqan tərəfindən verilən arayış);
7. Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) fəaliyyətini təmin edən zəruri server və şəbəkə avadanlıqlarının satın alınması məqsədilə keçirilən elektron tenderdə iştirak etmək istəyən iddiaçılar tenderdə iştirak üçün 500 (beş yüz) manat iştirak haqqı ödədikdən sonra tenderin şərtlər toplusunu dövlət satınalmaların vahid internet Portalı vasitəsilə əldə edə bilərlər.
Tenderin iştirak haqqı “ASAN ödəniş” sistemi ilə bu hesaba köçürülməlidir:
VÖEN 1400108191, Ünvan: Bakı şəhəri, S. Vurğun küçəsi-135
Dövlət Xəzinədarlıq Agentliyi kod: 210005
M/hesabı: AZ41NABZ01360100000000003944, VÖEN 1401555071
S.W.İ.F.T. BİK: CTREAZ22, Maliyyə Nazirliyi kitab 002527-2108571
Hesab №AZ83CTRE00000000000002108571
Büdcə səviyyəsinin kodu: 7, Təsnifatın kodu: 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
8. İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-ci ilin iyul ayının 14-ü saat 12:00-dək, tender təklifi və bank təminatını isə 2021-ci ilin iyul ayının 26-sı saat 14:00-dək dövlət satınalmaların vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
9. İddiaçıların təklifləri 2021-ci ilin iyul ayının 27-də saat 12:00-da açılacaqdır. Təkliflərin açılması dövlət satınalmaların vahid internet Portalında aparılacaqdır.
Təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılacaqdır.
10. Tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici Nurlan Soltanov. Telefon: (99412) 404-34-43
11.Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün proseduralar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender komissiyası