16 İyul 2026 03:29
1863
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743, № 11, maddə 1011; 2026, № 3, maddə 211; Azərbaycan Respublikasının 

2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli və 21 aprel tarixli 387-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 45.3-cü maddənin ikinci cümləsində "şikayət" sözü "məlumat" sözü ilə əvəz edilsin.

2. 86.2.13-cü maddəyə "törətməyən" sözündən sonra "aşkar" sözü əlavə edilsin və həmin maddədə "təhqiqat başlanmasından 10 (on) gündən, bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 (iyirmi)" sözləri "məlumatın daxil olduğu vaxtdan 30 (otuz)" sözləri ilə əvəz edilsin.

3. 207.7-ci maddədə "şikayətlərə" sözü "məlumatlara" sözü ilə əvəz edilsin.

4. 217.1-ci maddəyə "və ya" sözlərindən sonra "bu Məcəllənin 214.1.1-ci maddəsində nəzərdə tutulan" sözləri əlavə edilsin.

5. 218.1-ci maddənin ikinci cümləsində "şikayətin daxil olduğu vaxtdan 10 (on) gün müddətində, bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 (iyirmi)" sözləri "məlumat daxil olduğu vaxtdan 30 (otuz)" sözləri ilə əvəz edilsin.

6. 293-cü maddə üzrə:

6.1. adında"şikayətin" sözü "məlumatın" sözü ilə əvəz edilsin;

6.2. 293.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"293.1. Bu Məcəllənin 214.4-cü və 214.4-1-ci maddələrində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər haqqında məlumatlar (ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər üzrə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsinin şikayəti, ictimai ittiham qaydasında təqib olunan cinayətlər üzrə isə bu Məcəllənin 204-206-cı maddələrində nəzərdə tutulmuş şəxslərin məlumatları) yazılı və ya şifahi formada təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora verilir.";

6.3. 293.2-ci maddədə "şikayət" sözü "məlumat" sözü ilə, "şikayəti" sözü "məlumatı" sözü ilə əvəz edilsin;

6.4. 293.3-cü maddə üzrə:

6.4.1. birinci abzasda "şikayətdə" sözü "məlumatda" sözü ilə, "şikayətin" sözü "məlumatın" sözü ilə əvəz edilsin;

6.4.2. 293.3.1-ci maddədə "şikayət" sözü "məlumat" sözü ilə əvəz edilsin və həmin maddəyə "vəzifəsi" sözündən sonra 

", hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi" sözləri əlavə edilsin;

6.4.3. 293.3.4-cü, 293.3.6-cı və 293.3.7-ci maddələrdə ismin müvafiq hallarında "şikayət" sözü ismin müvafiq hallarında "məlumat" sözü ilə əvəz edilsin;

6.5. 293.4-cü maddə üzrə:

6.5.1. birinci cümlədə "şikayət" sözü "bu Məcəllənin 204-206-cı maddələrində nəzərdə tutulmuş məlumat" sözləri ilə, "şikayətdə" sözü "məlumatda" sözü ilə əvəz edilsin;

6.5.2. ikinci cümlədə "Şikayət" sözü "Məlumat" sözü ilə, "şikayəti" sözü "məlumatı" sözü ilə əvəz edilsin.

7. 293-1-ci maddə üzrə:

7.1. 293-1.0-cı maddənin birinci abzasına "şəklində" sözündən sonra "açılmasına və ya" sözləri əlavə edilsin;

7.2. 293-1.0.4-cü maddədə "təqsirləndirilən" sözü "cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş" sözləri ilə əvəz edilsin.

8. 294-cü maddə üzrə:

8.1. adında"cinayət üzrə şikayətə" sözləri "aşkar cinayət üzrə məlumata" sözləri ilə əvəz edilsin;

8.2. 294.1-ci maddə üzrə:

8.2.1. 294.1.1-ci maddədə "şikayəti" sözü "məlumatı" sözü ilə əvəz edilsin;

8.2.2. 294.1.2-ci maddədə "yazılı şikayətə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokola dərkənar qoymaqla şikayətin daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açmaq" sözləri "məlumatın daxil olduğu vaxtdan 48 saatdan gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması haqqında qərar qəbul etmək" sözləri ilə əvəz edilsin;

8.3. 294.1.3-cü maddədə"şikayətin" sözü "məlumatın" sözü ilə, "24" rəqəmləri "48" rəqəmləri ilə əvəz edilsin;

8.4. 294.1.4-cü maddədə"şikayətin" sözü "məlumatın" sözü ilə, "şikayəti" sözü "məlumatı" sözü ilə, "24" rəqəmləri "48" rəqəmləri ilə əvəz edilsin və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

8.5. aşağıdakı məzmunda 294.1.5-ci maddə əlavə edilsin:

"294.1.5. cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması haqqında qərar müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edildikdə onu aidiyyəti üzrə təhqiqat orqanına göndərmək.";

8.6. 294.3-cü maddədə "şikayətə" sözü "məlumata" sözü ilə əvəz edilsin;

8.7. 294.4-cü maddə üzrə:

8.7.1. 294.4.1-ci maddədə "şikayət" sözü "məlumat" sözü ilə, "onun şikayəti üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması barəsində" sözləri "məhkəməyədək sadələşdirilmiş icraatın açılması barəsində 24 saat müddətində" sözləri ilə əvəz edilsin;

8.7.2. 294.4.2-ci maddədən "şikayətə dair" sözləri çıxarılsın və həmin maddədə "şikayət" sözü "məlumat" sözü ilə əvəz edilsin.

9. 295-ci maddə üzrə:

9.1. 295.1-ci maddədə "şikayətin" sözü "məlumatın" sözü ilə, "10 (on)" sözləri "30 (otuz)" sözləri ilə əvəz edilsin;

9.2. 295.3-cü maddədən "şikayətin daxil olduğu vaxtdan 20 (iyirmi) gün müddətində" sözləri çıxarılsın;

9.3. 295.4.1-ci maddədə "şikayət" sözü "məlumat" sözü ilə əvəz edilsin. 

10. 296.2.3-cü maddədə "şikayət" sözü "məlumat" sözü ilə əvəz edilsin və həmin maddəyə ikinci halda "yer" sözündən sonra ", hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi" sözləri əlavə edilsin.

11. 297-ci maddə üzrə:

11.1. 297.0.1-ci maddədə"dərhal" sözü "daxil olduğu gündən 48 saat ərzində" sözləri ilə,"şikayətin" sözü "məlumatın" sözü ilə və "şikayət" sözü "məlumat" sözü ilə əvəz edilsin;

11.2. 297.0.4-cü maddəyə "çıxarmaq" sözündən sonra "və ya cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar mövcud olduqda bu Məcəllədə müəyyən edilmiş qaydada cinayət təqibinə xitam verilməsi məsələsinə baxmaq" sözləri əlavə edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 iyun 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:31
20 Avqust

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib

17:19
19 Avqust

  Rusiya və Ukrayna növbəti məhbus mübadiləsi aparıblar

17:06
19 Avqust

Qış aylarında neftin qiyməti 100 dollar hədini keçə bilər

16:00
19 Avqust

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

15:58
19 Avqust

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

15:40
19 Avqust

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

15:35
19 Avqust

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

15:30
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!