№ 344
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747 (Cild I); 2024, № 1, maddə 101, № 3, maddə 310, № 4, maddə 449, № 5 (II kitab), maddələr 572, 607, № 7, maddələr 895, 915, № 12 (II kitab), maddə 1428; 2025, № 9, maddə 879, № 10, maddələr 972, 996; 2026, № 3, maddələr 270, 272; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 20 iyul tarixli 219 nömrəli, 31 iyul tarixli 249 nömrəli və 8 sentyabr tarixli 269 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin Normaları”nın 4-cü hissəsinin ikinci abzasına “Fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəqliyyat vasitələri (nəqliyyat vasitələrinin ümumi sayının 10 faizindən çox olmamaqla),” sözləri, “Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin nəqliyyat vasitələri,” sözlərindən sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin nəqliyyat vasitələri (nəqliyyat vasitələrinin ümumi sayının 40 faizindən çox olmamaqla),” sözləri əlavə edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 19 ” “ oktyabr ” 2026-cı il