19 Oktyabr 2026 17:37
173
DÜNYA
A- A+
 Ultra-emal olunmuş qidalar beyin damarlarına zərər vurur

 Ultra-emal olunmuş qidalar beyin damarlarına zərər vurur


Kanadalı alimlər ultra-emal olunmuş qidaların (UPF) müntəzəm qəbulu ilə beyin qan damarlarının zədələnməsi arasında birbaşa əlaqə olduğunu müəyyən ediblər. Nüfuzlu “JAMA Network Open” jurnalında dərc olunan tədqiqat göstərir ki, bu cür qidaları çox istehlak edənlərdə damar dəyişikliklərinin yaranma riski daha yüksəkdir.

Tədqiqat çərçivəsində alimlər 35-69 yaş aralığında olan 8783 Kanada sakininin səhhəti və həyat tərzi barədə məlumatları təhlil ediblər. İştirakçılar gündəlik pəhrizləri haqqında məlumat verib, beyin MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçib və yaddaş üzrə idrak testlərini tamamlayıblar.

Mütəxəssislər iştirakçıların emal olunmuş ət məhsulları, şirniyyatlar, çipslər, hazır qəlyanaltılar və şəkərli içkilər kimi ultra-emal olunmuş qidaları nə dərəcədə tez-tez qəbul etdiklərini qiymətləndiriblər.

Tədqiqatın nəticələrinə əsasən, ultra-emal olunmuş qidaları ən çox qəbul edən şəxslərdə beyində gizli damar zədələnməsi ehtimalı 40 faiz daha yüksək çıxıb. Qeyd olunur ki, bu dəyişikliklər insan hələ heç bir xəstəlik əlaməti hiss etməsə də, MRT müayinəsi zamanı aydın görünür.

Bundan əlavə, bu cür pəhrizə üstünlük verənlərdə bədənin ümumi yağ faizi orta hesabla 1,7 faiz daha yüksək olub.  Daxili organların ətrafında (visseral yağlanma) daha çox yağ toplanması müşahidə edilib.

Tədqiqatçılar hesab edirlər ki, beyin damarlarında baş verən bu gizli dəyişikliklər gələcəkdə üzə çıxa biləcək idrak pozuntularının ilkin xəbərçisi ola bilər.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Türkmənistanda səfərdədir

18:01
19 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib 

17:43
19 Oktyabr

 Ultra-emal olunmuş qidalar beyin damarlarına zərər vurur

17:37
19 Oktyabr

Azərbaycan-BMT əməkdaşlığında ailə, qadın və uşaq hüquqları müzakirə olunub  

17:29
19 Oktyabr

İlon Mask ABŞ-dəki hər uşağa “SpaceX” səhmi hədiyyə edəcək  

17:19
19 Oktyabr

Albaniyada etirazlar: Baş nazir Edi Rama istefa verməyəcək  

17:18
19 Oktyabr

Mərkəzi Bank Slovakiya Milli Bankı ilə anlaşma memorandumu imzalayıb

17:17
19 Oktyabr

Milli Məclisin nümayəndə heyəti “Ata-Beyit” Kompleksini və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib  

17:13
19 Oktyabr

İdarə Heyətinin sədri: 308 min 945 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib  

17:02
19 Oktyabr

Zəngilan “Böyük Qayıdış” strategiyasının və yeni inkişaf modelinin ən parlaq nümunəsidir  

16:59
19 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

16:42
19 Oktyabr

Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub  

16:13
19 Oktyabr

Beynəlxalq Sumo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib  

16:12
19 Oktyabr

Mərkəzi Asiya ölkələri və ABŞ Səmərqənd görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul edib  

15:56
19 Oktyabr

Parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar  

15:46
19 Oktyabr

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

15:33
19 Oktyabr

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  

15:32
19 Oktyabr

Azərbaycana avtomobil axını səngiyib  

15:20
19 Oktyabr

Kino Agentliyi: “44” bədii filmini kinoteatrda icazəsiz lentə alanlar məsuliyyətə cəlb olunacaqlar  

15:07
19 Oktyabr

Makronun idarəçiliyi iflasa uğrayıb   

15:07
19 Oktyabr

Parisdə aksiyalarla əlaqədar 557 nəfər saxlanılıb

15:01
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!