19 Oktyabr 2026 18:26
292
SİYASƏT
A- A+
Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı: Tbilisidə dəyirmi masa  

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı: Tbilisidə dəyirmi masa  


Oktyabrın 19-da Tbilisidə “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, o cümlədən enerji əməkdaşlığı, nəqliyyat və logistika, Orta Dəhliz, ticarət və iqtisadi əlaqələr, eləcə də Cənubi Qafqazda regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən ortaq tarixi dəyərlər və dövlətlər arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm rol oynayır.

Onun sözlərinə görə, ortaq tarixi təcrübə, qarşılıqlı etimad və mehriban qonşuluq münasibətləri Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının möhkəmlənməsi üçün mühüm əsasdır.

Səfir qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər siyasi dialoqun dinamik inkişafını və ikitərəfli əməkdaşlığın genişlənməsini nümayiş etdirir.

İki ölkə arasında iqtisadi əlaqələrə toxunan diplomat deyib ki, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin 2 milyard dolları keçməsi hədəflənir.

Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib.

“Geocase” analitik təşkilatının rəhbəri Viktor Kipiani qeyd edib ki, Gürcüstan ilə Azərbaycan arasında əlaqələr möhkəm təməl üzərində qurulub. Bu iki ölkə regional əməkdaşlığı gücləndirməklə Cənubi Qafqazın rəqabət qabiliyyətinin və iqtisadi potensialının artırılmasında aparıcı rol oynayır.

V.Kipiani: Gürcüstan və Azərbaycan arasında azad ticarət zonasının yaradılmasının zəruruliyini qeyd edib.

Politoloq Levan Mamaladze isə bildirib ki, Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı münasibətlər baxımından unikal nümunə formalaşıb.

Gürcüstanın SIKHAT Təhqiqat Fondunun rəhbəri, siyasi analitik Arçil Sikxarulidze regionda həyata keçirilən enerji layihələrinə diqqət çəkib. Onun sözlərinə görə, enerji və regional əlaqə məsələləri bölgəmizin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.

O, həmçinin Azərbaycan və Gürcüstan arasında dil, mədəniyyət və adət-ənənələrə qarşılıqlı hörmətin vacibliyini vurğulayıb.

Siyasi analitik Bako Xeladzeyə bildirib ki, bir vaxtlar adi bir layihə kimi baxılan və qlobal miqyasda ciddi təsiri olmayacağı düşünülən Trans-Xəzər Dəhlizi, indi ABŞ, Avropa, Çin, Mərkəzi Asiya və digər bir çox böyük, orta və kiçik oyunçuların ciddi marağına səbəb olub.

Corciya Amerika Universitetinin professoru Bakar Berikaşvili, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov, “Şəffaf Qafqaz” Yenidənqurma və İnkişaf Mərkəzinin rəhbəri Mübariz Qarayev, İctimai Yaymçının Rəngarəng Gürcüstan” Layihəsinin rəhbəri Ramilia Əliyeva, səfirliyin təhsi məsələləri üzrə müşaviri Fuad Çıraqov, politoloq Giorgi Gvimradze və başqaları çıxış edərək iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, o cümlədən Orta Dəhlizin imkanları barədə danışıblar. Mədəniyyət və humanitar sahələrdə həyata keçirilən birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda regional inteqrasiya prosesləri, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb  

18:30
19 Oktyabr

Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub  

18:26
19 Oktyabr

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı: Tbilisidə dəyirmi masa  

18:26
19 Oktyabr

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlıq müzakirə olunub  

18:19
19 Oktyabr

İƏT Azərbaycanla bağlı dörd qətnaməni yenidən qəbul edib

18:13
19 Oktyabr

Leyla Əliyeva Türkmənistanda səfərdədir

18:01
19 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib 

17:43
19 Oktyabr

 Ultra-emal olunmuş qidalar beyin damarlarına zərər vurur

17:37
19 Oktyabr

Azərbaycan-BMT əməkdaşlığında ailə, qadın və uşaq hüquqları müzakirə olunub  

17:29
19 Oktyabr

İlon Mask ABŞ-dəki hər uşağa “SpaceX” səhmi hədiyyə edəcək  

17:19
19 Oktyabr

Albaniyada etirazlar: Baş nazir Edi Rama istefa verməyəcək  

17:18
19 Oktyabr

Mərkəzi Bank Slovakiya Milli Bankı ilə anlaşma memorandumu imzalayıb

17:17
19 Oktyabr

Milli Məclisin nümayəndə heyəti “Ata-Beyit” Kompleksini və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib  

17:13
19 Oktyabr

İdarə Heyətinin sədri: 308 min 945 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib  

17:02
19 Oktyabr

Zəngilan “Böyük Qayıdış” strategiyasının və yeni inkişaf modelinin ən parlaq nümunəsidir  

16:59
19 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

16:42
19 Oktyabr

Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub  

16:13
19 Oktyabr

Beynəlxalq Sumo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib  

16:12
19 Oktyabr

Mərkəzi Asiya ölkələri və ABŞ Səmərqənd görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul edib  

15:56
19 Oktyabr

Parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar  

15:46
19 Oktyabr

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

15:33
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!