02 Aprel 2024 01:01
3440
Sərəncamlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3381 nömrəli, "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3382 nömrəli, "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli və "Şərqi Zəngəzur İqtisadi Rayonunda  2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" 2023-cü il 26 may tarixli 3908 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3381 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 793 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında "Qarabağ İqtisadi Rayonunda" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə əvəz edilsin;
1.2. 1-ci hissədə "Qarabağ İqtisadi Rayonunda" sözləri və "Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə əvəz edilsin.
2. "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 794 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında" sözləri ilə əvəz edilsin;
2.2. 1-ci hissədə "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında" sözləri ilə əvəz edilsin və həmin hissədən "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan" sözləri çıxarılsın.
3. "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il    21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1197 (Cild I) 1-ci hissəsində "Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda" sözləri "Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın "AKRONİMLƏR VƏ İXTİSARLAR" hissəsində "Qarabağ İqtisadi Rayonunda" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə, "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında" sözləri ilə əvəz edilsin.
5. "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 3908 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 706 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. adında "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı" sözləri "Laçın rayonunda" sözləri ilə əvəz edilsin;
5.2. birinci hissədə "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı" sözləri "Laçın rayonunda" sözləri ilə əvəz edilsin və həmin hissədən "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan" sözləri çıxarılsın.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2024-cü il 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video