Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində,
Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında”
Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun icrası
ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan Respublikasının 1999-cu il
25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust
tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1999, № 8, maddə 486; 2000, № 3 (I kitab), maddə 158; 2001, № 12, maddə 755;
2003, № 10, maddə 546; 2004, № 4, maddə 231; 2006, № 8, maddə 660; 2008, № 3, maddə
174, № 8, maddə 714; 2009, № 7, maddə 542; 2012, № 11, maddə 1080; 2014, № 10, maddə
1217, № 12, maddə 1552; 2016, № 2 (II kitab), maddə 239; 2017, № 7, maddə 1320,
№ 12 (I kitab), maddə 2342; 2019, № 3, maddə 436, № 5, maddə 843) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-1-ci bəndə "ikinci” sözündən sonra "(birinci
halda)” sözləri əlavə edilsin;
1.2. 2.2-1-ci və 2.2-2-ci bəndlər aşağıdakı redaksiyada
verilsin:
"2.2-1. həmin
Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.2-2. həmin
Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin birinci cümləsində (hər üç halda) nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi həyata keçirir;”;
1.3. 2.2-3-cü bənd ləğv edilsin;
1.4. 2.7-ci, 2.8-ci və 2.9-cu bəndlər aşağıdakı
redaksiyada verilsin:
"2.7. həmin
Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində (ikinci və üçüncü hallarda)
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir;
2.8. həmin
Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.9. həmin
Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin birinci cümləsinə əsasən ödənilən xidmət
haqqının 43 faizi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesabına köçürülür.”.
2. "Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr
tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə
531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə
40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910, №
8, maddə 1676, № 11, maddə 2289, № 12 (I kitab), maddə 2616; 2019, № 3, maddə
434, № 5, maddə 826, № 10, maddə 1581) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.16-cı, 4.17-ci və 4.18-ci bəndlər aşağıdakı
redaksiyada verilsin:
"4.16. həmin
Məcəllənin 106-cı maddəsinin ikinci cümləsində (üçüncü halda) nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər;
4.17. həmin
Məcəllənin 106-cı maddəsinin ikinci cümləsində (dördüncü halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (yalnız Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən, o cümlədən onun tərəfindən
inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən
inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) və Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər;
4.18. həmin
Məcəllənin 106-cı maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;
2.2. aşağıdakı məzmunda 4.19-cu bənd əlavə edilsin:
"4.19. Azərbaycan
Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 106-cı maddəsinin ikinci cümləsinə
uyğun olaraq, həmin Məcəllənin 11.5-ci maddəsinə əsasən ödənilən xidmət haqqının
43 faizi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin
sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin hesabına köçürülür.”.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman
2020-ci il aprelin 1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 may 2020-ci il