20 İyun 2026 01:12
191
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 2000-ci il 30 avqust tarixli 393 nömrəli, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2013-cü il 4 iyul tarixli 936 nömrəli, "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası"nın təsdiq edilməsi, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2016-cı il 20 aprel tarixli 877 nömrəli və "İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri"nin təsdiq edilməsi haqqında" 2024-cü il 1 fevral tarixli 2462 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747, № 11, maddələr 1018, 1023, № 12 (I kitab), maddə 1154; 2026, № 1, maddə 35, № 2, maddələr 123, 125) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.9-cu bənddən "164.1.26-cı," sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 1.9-1-ci bənd əlavə edilsin:

"1.9-1. həmin Məcəllənin 164.1.26-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hərbi təyinatlı məhsulların istehsalı layihələrinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, digər layihələrə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.".  

2. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801 (Cild I); 2024, № 6 (I kitab), maddə 661, № 12 (II kitab), maddə 1371; 2025, № 12 (I kitab), maddə 1154; 2026, № 2, maddə 125) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.5-ci bənddən "20.0.17-ci (ikinci halda) və" sözləri çıxarılsın və həmin bənddə "maddələrində" sözü "maddəsində" sözü ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 3.5-3-cü bənd əlavə edilsin:

"3.5-3. həmin Qanunun 20.0.17-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hərbi təyinatlı məhsulların istehsalı layihələrinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, digər layihələrə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.".

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 682; 2019, № 2, maddə 241; 2022, № 8, maddə 858, № 12, maddə 1423; 2023, № 7, maddə 972) ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissə üzrə:

3.1.1.  2.1-ci bəndə "olaraq," sözündən sonra "Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2462 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri"nin 10-cu hissəsi üzrə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə, digər hissələri üzrə isə" sözləri əlavə edilsin və həmin bənddə "Nazirlik" sözü "qurumlar" sözü ilə  əvəz edilsin;

3.1.2.  2.3-cü bənd üzrə:

3.1.2.1. birinci cümlədə "Nazirlik" sözü "qurumlar" sözü ilə əvəz edilsin;

3.1.2.2. ikinci cümlədə "Nazirlik" sözü "qurumlar" sözü ilə, ikinci halda "və" sözü vergül işarəsi ilə əvəz olunsun və həmin cümləyə "Komitəsinə" sözündən sonra "və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə" sözləri əlavə edilsin;

3.1.3.  2.4-cü bənddə "Nazirlik" sözü "qurumlar" sözü ilə əvəz edilsin;

3.1.4. 2.5-ci bənddə "Nazirliyə" sözü "qurumlara" sözü ilə əvəz edilsin;

3.2. 3-cü hissə üzrə:

3.2.1.  3.1.2-ci yarımbənddə "Nazirlik" sözü "qurumlar" sözü ilə əvəz edilsin;

3.2.2.  3.3-cü bənddə "Nazirlik" sözü "qurumlar" sözü ilə, "və" sözü vergül işarəsi ilə əvəz olunsun və həmin cümləyə "Komitəsinə" sözündən sonra "və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə" sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2462 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 143 (Cild I); 2026, № 2, maddə 114) ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri"ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

"1-1. Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələri";

4.2. 7-ci hissə aşağıdakı redaksiyada verilsin: 

"7. Azərbaycan Respublikasında istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri";

4.3. 10-cu hissənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 11 - 16-cı hissələr əlavə edilsin:

"11. Aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələri

12. Kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələri

13. Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələri

14. Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin (minimum 3 hektar) yaradılması layihələri

15. Kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələri

16. İnformasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələri.".

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetibu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:25
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında

01:24
20 İyun

Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

01:24
20 İyun

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında

01:23
20 İyun

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun tətbiqi və "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:23
20 İyun

Azərbaycan Respublikası Prezidentinin "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:22
20 İyun

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğlərinin təsdiq edilməsi haqqında

01:16
20 İyun

Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında

01:14
20 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 2000-ci il 30 avqust tarixli 393 nömrəli, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2013-cü il 4 iyul tarixli 936 nömrəli, "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası"nın təsdiq edilməsi, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2016-cı il 20 aprel tarixli 877 nömrəli və "İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri"nin təsdiq edilməsi haqqında" 2024-cü il 1 fevral tarixli 2462 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

01:12
20 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:09
20 İyun

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

01:08
20 İyun

Ukraynadakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq

22:55
19 İyun

Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqları aşkarlandı – FHN qüvvələri əraziyə cəlb olunub VİDEO  

21:05
19 İyun

Rusiya Xarici İşlər Nazirliyi Körfəz ölkələrinə səfər məhdudiyyətlərini aradan qaldırıb  

20:57
19 İyun

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan  

20:41
19 İyun

Kanadalı ekspert: Azərbaycan qlobal nəqliyyat marşrutlarının arxitekturasında mühüm yer tutur  

20:36
19 İyun

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

20:36
19 İyun

Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir  

20:32
19 İyun

Milli Məclisdə 14 məsələ müzakirə olunub

20:26
19 İyun

Dünyada hər il 200 milyondan çox miqrant işçi öz evinə pul göndərir

19:26
19 İyun

Malayziyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb  

19:24
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!