23 May 2024 01:45
1693
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" 2001-ci il 30 iyun tarixli 518 nömrəli, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə" 2005-ci il 22 iyul tarixli 268 nömrəli, "Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında" 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanlarında və  "Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında" 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu"nun 3-cü hissəsinin dördüncü abzasında "Ali Hərbi Məktəbi" sözləri "Hərbi İnstitutu" sözləri ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 iyul tarixli 268 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 604 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin 2-1-ci fəslinin adında, 30-1-ci və 30-2-ci hissələrinin birinci abzaslarında, 30-2.1-30-2.3-cü bəndlərində, 30-2.4-cü bəndinin birinci, ikinci və üçüncü cümlələrində, 30-3-cü hissəsinin birinci abzasında, 30-3.1.9-cu yarımbəndində, 30-4-cü hissəsinin birinci abzasında, 30-4.1-30-4.3-cü bəndlərində, 30-4.4-cü bəndinin birinci və üçüncü cümlələrində, 30-5-ci hissəsinin birinci abzasında, 30-5.1-30-5.3-cü bəndlərində, 36-cı hissəsinin üçüncü abzasının birinci və ikinci cümlələrində, 37-1-ci hissəsinin birinci abzasında, 37-1.1-37-1.3-cü bəndlərində və 39-cu hissəsinin ikinci abzasında ismin müvafiq hallarında "Ali Hərbi Məktəb" sözləri ismin müvafiq hallarında "Hərbi İnstitut" sözləri ilə əvəz edilsin; 
2.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"ndə 6-1-6-4, 16-1-16-10, 20-1-20-4 və 26-1 nömrəli şəkillərdə "Ali Hərbi Məktəbinin" sözləri "Hərbi İnstitutunun" sözləri ilə əvəz edilsin.  
3. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403 (Cild I) ilə təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın 4.2-ci bəndində "Ali Hərbi Məktəbi" sözləri "Hərbi İnstitutu" sözləri ilə əvəz edilsin.
4. "Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 978 (Cild I) 1-ci hissəsində "Ali Hərbi Məktəbinin" sözləri "Hərbi İnstitutunun" sözləri ilə əvəz edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video