Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Prezident İlham Əliyev: "Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır"
Azərbaycanın adı dünya tarixinə neftin vətəni kimi həkk olunub. Zəngin neft-qaz sərvətlərinə malik olduğuna görə ölkəmizi "Odlar diyarı" adlandırıblar. Lakin torpağımızın təkindəki, Xəzərin ölkəmizə məxsus hissəsinin dərinliklərindəki "qara qızıl" müstəqilliyimizə qədər, daha doğrusu, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtması ilə baş verən Qurtuluşa qədər özümüzün olmayıb.
1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurub və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə düşüb. Əlbəttə, o zamanlar belə böyük bir sərvət xaricin iri kapitalistlərinin diqqətini çəkməyə bilməzdi. Odur ki, həmin dövrlərdə neft maqnatları Azərbaycana axışıblar. Nobellər, Mantaşevlər, Rotşildlər torpağımızın "qara qızıl"ını qan kimi sorub aparmaq üçün özlərini oda-közə vurublar.
Azərbaycan neftinin böyük bir hissəsi isə Xəzərin dərinliklərində "uyuyurdu". Keçən əsrin ortalarında Azərbaycan neftçiləri dənizin də neftini üzə çıxardılar. 1949-cu ildə "Neft Daşları"nda ilk quyu fontan vurdu. Başqa sözlə, dünyada dəniz neftinin erası da Azərbaycandan, Xəzərdən başlandı.
Sovet dönəmində Azərbaycanda həm qurudakı, həm də dənizdəki digər yataqlardan da böyük həcmdə neft çıxarılırdı. Lakin keçmiş SSRİ-nin planlı təsərrüfatı təbiətin bəxş etdiyi bu zənginlikdən xalqımızın lazımınca bəhrələnməsinə imkan vermirdi.
Müstəqilliyin ilk illəri isə Azərbaycan üçün çətin keçdi. Ölkəni idarə edənlərin məsuliyyətsizliyi və səriştəsizliyi ucbatından neft-qaz sənayesi də tənəzzülə uğradı. Dönüş isə Ümummilli Liderimizin dühası ilə baş verdi. Prezident İlham Əliyevin dediyi kimi: "Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi".
Dövlətimizin başçısı bu ayın əvvəlində keçirilmiş Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında məhz həmin vaxtı xatırlayaraq dedi: "Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri...
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. İnvestorlar həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar. Lakin onlar hökumətə və xalqa etibar etdilər. Qeyd etdiyim kimi, SOCAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi. Bu, məhz belə başladı və üç il müddətində "Çıraq" platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi. Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı."
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyi ilə gerçəkləşən "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Buna görə də AÇG-nin işlənməsi, əslində, əsrlərə hesablanmış bir layihədir. Onun reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etdi. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu.
Yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına zəmin yaratdı. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs həm də dövlətin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin uzaqgörən konsepsiyanın təntənəsinə aydın misaldır.
"Əsrin müqaviləsi" çərçivəsində artıq 27 ildir neft hasil olunur. AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edir. AÇG-dən neftlə bərabər, səmt qazı da çıxarılır. Mavi yanacağın böyük hissəsi təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilir, yəni Səngəçaldan SOCAR-ın "Azəriqaz" sisteminə ötürülür.
Azərbaycanın yeni neft strategiyası düzgün və böyük uzaqgörənliklə müəyyən edilmiş bir xətt olduğu üçün getdikcə inkişafdadır və yeni bəhrələr verir. 2017-ci il sentyabrın 14-də AÇG üzrə yeni müqavilənin imzalanması bunu bir daha təsdiq etdi. Əvvəlki tərəfdaşlarla razılaşdırılmış şərtlər əsasında layihənin müddəti əsrin ortasınadək uzadıldı. Beləliklə, sözügedən dövr ərzində AÇG blokunun Azərbaycana gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. Yeni müqavilənin şərtləri 30 ildən bəri ölkəmizin artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaşların Azərbaycana inamını təsdiqləyir və bu müddət ərzində formalaşmış beynəlxalq tərəfdaşlığı yeni müstəviyə qaldırır.
Bu il aprelin 16-da sözügedən müqavilə çərçivəsində AÇG-də quraşdırılmış yeni platformadan ilk neft əldə edildi. Bu hadisə AÇG sazişinin 2050-ci ilin əvvəlinədək uzadılmasını təcəssüm etdirən "Azəri Mərkəzi Şərqi"(ACE) layihəsi çərçivəsində baş verdi.
Başqa sözlə, bu, 30 yaşını qeyd etməyə hazırlaşdığımız "Əsrin müqaviləsi"nin ömrünün uzanması deməkdir. ACE texnoloji və rəqəmsal baxımdan AÇG layihəsinin əməliyyatçısı olan BP-nin dünyada ən qabaqcıl, həmçinin qurudan idarə etdiyi ilk platformadır. O, nəhəng "Azəri-Çıraq-Günəşli" yataqlarında quraşdırılmış hasilat platformaları sırasında yeddincidir. 1997-ci ilin sonunda "Çıraq"dan ilk neft alınandan indiyədək AÇG-dən 4,3 milyard bareldən çox neft hasil edilib. Yeni ACE platforması və qurğuları gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır. 2024-cü il ərzində platformadan daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq, ilin sonuna gündə təxminən 24 min barelə çatacağı gözlənilir.
"Əsrin müqaviləsi" böyük sabaha hesablanmış bir saziş olduğunu təsdiqləyərək yeni qlobal layihələrə yol açdı. 10 il əvvəl - 2014-cü il sentyabrın 20-də Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin təməlinin qoyulması bu həqiqətin daha bir sübutu oldu.
"Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacaqdır. "Şahdəniz-1"dən 18 ildir qaz hasil edilir. Bu yataq Azərbaycanı dünyada qaz ixrac edən ölkə kimi tanıtdı. Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ilin ortalarında istifadəyə veriləndən bəri "Şahdəniz-1" qazını Gürcüstana çatdırır. 2007-ci il iyulun 3-dən isə Türkiyə Bakı-Tbilisi-Ərzurum kəməri ilə Azərbaycan qazı alır. Beləliklə, "Cənub qaz dəhlizi" möhkəm təmələ əsaslanır.
Zaman "Cənub qaz dəhlizi"nin də nə qədər dəyərli bir layihə olduğunu sübuta yetirdi. Xüsusilə son dövrlər Azərbaycanın Avropaya nəql etdiyi qaza tələbatın artmasından tez-tez söhbət gedir. Bu məsələ Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunda da öz əksini tapıb. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya ixrac edilir.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində gerçəkləşən "Cənub qaz dəhlizi" və digər layihələr ölkəmizin Qurtuluşdan başlanan yeni neft-qaz strategiyasının uğurla davam etdiyini göstərir.
Prezident İlham Əliyevin dediyi kimi: "Əsrin kontraktı"nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz "qara qızıl"ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır".
Flora SADIQLI,
"Azərbaycan"
Laçın - Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı
Ağstafalılar Vətənimizin keşiyində dayanan əsgərlərə məktub ünvanlamışlar
Şəhid Nicatın xatirəsi məzarı başında anıldı
Susdurulan sonuncu hədəf
Kəndlinin etibarlı çətiri
Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin xidmətindən indiyədək 1000-dən çox azyaşlı yararlanıb
Biləsuvarda da pambıq yığımına başlanılıb
Neftçalanın 11 yaşayış məntəqəsinin əhalisi yol sarıdan rahatlığa çıxdı
Şirvanda Vətən müharibəsi şəhidinin anım günü qeyd edilib
Ağcabədinin ağ boğçası
Azərbaycanda "yaşıl memarlıq" erası başlayır
COP29 yaxınlaşır, təzyiqlər artır
Haqlı və güclü olan Azərbaycandır
Məkrli oyunların arxasında ABŞ və Fransa var
Azərbaycana təzyiq etmək əbəsdir
İlham ƏLİYEV: "Bizi heç kim dayandıra bilməz"
Azərbaycan hibrid təhdidlərə qarşı savaşa başlayır
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun tabeliyindəki idarələrə tələb olunan avtoşinlərin satın alınması məqsədilə MÜSABİQƏ ELAN EDİR
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib
"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!