Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu"nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031; 2020, № 2, maddə 97, № 6, maddə 702; 2022, № 7, maddə 742, № 8, maddə 871, № 11, maddə 1268; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 20 fevral tarixli 2037 nömrəli və 29 mart tarixli 2072 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissənin birinci abzasına "daxil olan" sözlərindən sonra "gömrük orqanları və tabeliyində olan digər" sözləri əlavə edilsin;
1.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2.1. ərazi gömrük idarələri:
2.1.1. Bakı Baş Gömrük İdarəsi;
2.1.2. Naxçıvan Baş Gömrük İdarəsi;
2.1.3. Astara Gömrük İdarəsi;
2.1.4. Balakən Gömrük İdarəsi;
2.1.5. Biləsuvar Gömrük İdarəsi;
2.1.6. Gəncə Gömrük İdarəsi;
2.1.7. Xaçmaz Gömrük İdarəsi;
2.1.8. Sumqayıt Gömrük İdarəsi;
2.1.9. Şərqi Zəngəzur Gömrük İdarəsi;
2.1.10. Tovuz Gömrük İdarəsi;";
1.3. 2.2.2-ci yarımbənddə "Enerji resursları və dəniz nəqliyyatında Baş Gömrük İdarəsi" sözləri "Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi" sözləri ilə əvəz edilsin;
1.4. aşağıdakı məzmunda 2.2.4-cü yarımbənd əlavə edilsin:
"2.2.4. Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi;";
1.5. 2.4-cü bəndə "digər qurumlar" sözlərindən əvvəl "tabeliyində olan" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 may 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək
26 Aprel
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə ...
26 Aprel
Milli Məclisin sədr müavini Adil Əliyev: “Ağdam rayonunda əsası qoyulmuş məktəb Azərbaycan-Qırğızıs...
26 Aprel
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində işt...
26 Aprel
Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB...
26 Aprel
Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib...
26 Aprel
“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridi...
26 Aprel
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
26 Aprel
Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib
26 Aprel
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!