Tender 1 LOT
üzrə keçirilir.
LOT 1 Kompüterin
və serverin ehtiyat hissələrinin alınması
Tender iştirakçılarına
təklif edilir ki, http://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet
Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında
ətraflı məlumatı əldə etsinlər.
Tenderdə iştirak
etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən
sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının
vahid internet Portalı vasitəsilə əldə edə bilərlər.
Hər bir iddiaçı
tenderdə iştirak haqqı kimi:
LOT 1 200 manat
məbləğində
pul vəsaitini "ASAN ödəniş” sistemi ilə bank hesabına köçürməlidir:
"Azərpoçt”
MMC
VÖEN:
9900037711
Bankın adı:
"Azərpoçt” MMC
Kodu:
690001
VÖEN:
9900037711
Müxbir hesab:
AZ76NABZ01350100000000094944
Hesab №: AZ82AZPO99995381000420000125
S.W.I.F.T.BIk:
AZPOAZ22
İddiaçılar
tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar
tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet
Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:
- tenderdə
iştirak etmək üçün yazılı müraciət;
- tenderdə
iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilərə
və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması
haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının
son bir ildəki fəaliyyəti haqqında vergi
orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə
fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının
son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət
göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);
- iddiaçının
ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının
tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət
yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
- tender təklifini
və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini
təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və
ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
- iddiaçının
analoji iş təcrübəsini təsdiq edən sənədlər;
- tenderin
əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;
- iddiaçının
tender təklifi. Təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə
olmalıdır;
- iddiaçının
tender təklifinin bank təminatı (zərflər
açıldığı gündən ən azı 60 bank günü müəyyən
edilir və təklifin qiymətinin ən azı 1 (bir) faizini təşkil etməlidir).
İddiaçılar
konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə
və ya razılaşma, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda
göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
İddiaçılar
tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender
təklifinin bank təminatı istina olmaqla) 31 avqust 2020-ci il saat 15:00-dək, tender
təklifini və tender təklifinin bank təminatını isə 08 sentyabr 2020-ci il saat
18:00-dək dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada
təqdim etməlidirlər.
Göstərilən
vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalında
nəzərə alınmayacaqdır.
İddiaçıların
təklifləri 09 sentyabr 2020-ci il saat 11:00-da açılacaqdır. Təkliflərin açılışı
dövlət satınalmalarının vahid internet Portalında virtual iclas formatında aparılacaqdır.
Elektron satınalmanın
hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə
etmək üçün bərabər şərait yaradılır.
Tenderlə əlaqədar
istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar:
Oktay İsmayılov
- Tender komissiyasının üzvü, (tel.: +99412-493-56-00, faks: +99412-493-00-37).
Tender komissiyası