25 İyun 2025 02:48
997
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında


№ 183


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 970 (Cild I); 2024, № 2, maddə 241, № 3, maddə 341, № 5 (II kitab), maddə 611; 2025, № 1, maddə 83, № 2, maddə 206) ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndə “(bundan sonra – tapşırıqlar toplusu)” sözlərindən sonra “təşkil edən sualları əhatə edən mövzuları (proqramları), tapşırıqlar toplusunu” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Tapşırıqlar toplusu Maliyyə Nazirliyinin nümayəndələrinə (mütəxəssislərinə) yalnız Mərkəzin inzibati binasında qapalı rejimdə təqdim edilir.”.

2. 2.3.8-ci yarımbənddə “10” rəqəmləri “ən azı 5 (beş)” sözləri ilə, “hər bir namizədi məlumatlandırır” sözləri “namizədlərin buraxılış vərəqəsini və imtahanın qaydaları barədə məlumatları əks etdirən yaddaş kitabçasını rəsmi internet saytında yerləşdirir” sözləri ilə əvəz edilsin.

3. 2.3.9-cu yarımbənddən “və imtahanda iştirak edəcək namizədlərin siyahısını” sözləri çıxarılsın.

4. 2.4-cü bənddə “Nazirliyinin tövsiyə etdiyi” sözləri “Nazirliyi ilə razılaşdırılmış” sözləri ilə əvəz edilsin.

5. 2.8.4-cü yarımbəndə “sertifikatına” sözündən sonra “(ACA/ICAEW - Chartered Accountant Qualification)” sözləri əlavə edilsin.

6. 2.8.5-ci yarımbənddə “Serifikatlı” sözü “Sertifikatlı” sözü ilə əvəz edilsin.

7. 2.9-cu bənddə “CİPFA” akronimi “CIPFA” akronimi ilə əvəz edilsin.

8. 2.10–2.12-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.10. Peşəkar mühasib sertifikatı almaq məqsədilə imtahanın keçirilməsi haqqında elan Mərkəzin rəsmi internet saytında yerləşdirilir. Namizəd imtahanın keçirilməsi haqqında elan verildiyi gündən 30 (otuz) gün müddətində imtahanda iştirak etmək üçün fərdi identifikasiya nömrəsini (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərməklə, Mərkəzin rəsmi internet saytında yaratdığı “Şəxsi kabinet”i vasitəsilə aşağıda qeyd edilən sənədlər və ya məlumatlar əsasında Mərkəzə elektron qaydada müraciət edir:

2.10.1. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti;

2.10.2. bu Qaydaların 2.8-ci və 2.9-cu bəndlərində göstərilən sertifikatların surəti (olduğu halda) və həmin sertifikatların həqiqiliyi haqqında Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş peşəkar mühasib təşkilatı tərəfindən təqdim edilmiş təsdiqedici sənəd.

2.10-1. Mərkəz tərəfindən bu Qaydaların 2.10-cu bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir.

2.11. Namizəd müraciətində bu Qaydaların 2.10-cu bəndində göstərilmiş sənədlərinin və ya məlumatlarının tamlığını və aktuallığını təsdiq edir.

2.12. İmtahanda iştirak etmək üçün namizədin müraciəti, sənədlərinin və ya məlumatlarının tamlığı və aktuallığı Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd imtahanda iştirak etmək üçün qeydə alınır. İmtahanda iştirak etmək hüququ olmadıqda, sənədlərində və ya məlumatlarında çatışmazlıq (bu Qaydaların 2.10-1-ci bəndinin tələbi nəzərə alınmaqla) olduğu halda namizədə elektron bildiriş göndərilir. Namizədə çatışmazlıqları aradan qaldırmaq üçün 3 (üç) iş günü müddət verilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra namizəd imtahanda iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd imtahanda iştirak etmək üçün qeydə alınmır.”.

9. 2.13.2-ci yarımbənddən “kalkulyator,” sözü çıxarılsın və həmin yarımbəndə “yardımçı vasitələr” sözlərindən sonra “(kalkulyator istisna olmaqla)” sözləri əlavə edilsin.

10. 2.18-ci bənddən “bütün açıq tipli test tapşırıqları və qapalı tipli test tapşırıqlarının 15-i vergi qanunvericiliyi üzrə, digər” və “isə” sözləri çıxarılsın.

11. 2.18.1-ci yarımbəndə “halda,” sözündən sonra “15 (on beş) qapalı tipli test tapşırığı və 5 (beş) açıq tipli test tapşırığı vergi qanunvericiliyi,” sözləri əlavə edilsin.

12. 2.18.2-ci yarımbəndə “halda” sözündən sonra “15 (on beş) qapalı tipli test tapşırığı və 5 (beş) açıq tipli test tapşırığı vergi qanunvericiliyi,” sözləri əlavə edilsin.

13. 2.21.1-ci və 2.21.2-ci yarımbəndlərdə “35-dən 50-dək” sözləri “35–49” rəqəmləri ilə əvəz edilsin.

14. Aşağıdakı məzmunda 2.21-1-ci və 2.21-2-ci bəndlər əlavə edilsin:

“2.21-1. Namizədin imtahanın istənilən bir mərhələsində topladığı bal bu Qaydaların 3.2-ci bəndində göstərilən sertifikat növlərindən birinin verilməsi üçün yalnız bir dəfə istifadə olunur.

2.21-2. Namizədin imtahanın bir mərhələsində topladığı bal 5 (beş) il qüvvədədir.”.

15. 2.23-cü bənddən “ona” sözü çıxarılsın və həmin bənddə “Mərkəzə” sözü “Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına” sözləri ilə əvəz edilsin.

16. 2.24-cü bənddə “mütəxəssislərlə birlikdə namizədin iştirakı ilə baxılır və ona” sözləri “mütəxəssislər tərəfindən baxılır və namizədə” sözləri ilə əvəz edilsin.

17. 2.25-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Sertifikatın əldə edilməsi üçün imtahanın hər bir mərhələsi üzrə ödəniş məbləği bu Qaydaların 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində göstərilmiş sertifikatlar üçün 100 (yüz) manat, 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərində göstərilmiş sertifikatlar üçün isə 50 (əlli) manat müəyyən edilir.”.

18. Aşağıdakı məzmunda 3.6-1-ci bənd əlavə edilsin:

“3.6-1. İmtahanın ikinci mərhələsinin nəticəsinə əsasən şəxsin bu Qaydaların 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində göstərilən sertifikatları əldə etmək hüququ yarandıqda, ona bu Qaydaların 3.2.2-ci yarımbəndində göstərilən sertifikat verilir.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 19 ” “ iyun ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!